Qadin.NET / Enerji pəhrizi

Enerji pəhrizi

Enerji pəhrizi
Arıqlamaq istəsək belə, qidalanma nizamında olan məhdudlaşdırmalar insanın pəhriz istəyini yox edə bilər. Ancaq hər pəhriz proqramı eyni deyil. Ac qalmadan da arıqlaya bilər, bunun kefini çıxara bilərsiniz. Üstəlik, qadağaların olmadığı, şokolad, ya da pizzanın belə məğlub edə bildiyi bir pəhrizlə! Az qala hər şeyin sərbəst olduğu bu enerji pəhriziylə artıq çəkinizdən xilas olacaqsınız. Həm də burada verəcəyimiz menyu ilə həm qarnınız doyacaq, həm də aldığınız lif, vitamin və karbohidratlar sayəsində bədəniniz enerji yığacaq. Pəhrizin ən əhəmiyyətli tərəfi həftədə iki kilo arıqlamağınızı təmin etməsidir.
Enerji pəhrizi
1-ci gün
Səhər: İki dilim kəpək çörəyinə bir yemək qaşığı cem çəkin, yanına da kiçik bir parça təzə pendir əlavə edin.
Arada: 200 qram yağsız qatığın içinə bir portağal doğrayıb əlavə edin və bir az şəkərlə dadlandırın.
Günorta: 2 dilim toyuq budu, 1 çay qaşığı kərə yağı, 1 ədəd pomidor və kahıdan ibarət olan kəpəkli çörək buterbrodu hazırlayın.
Arada: 200 qr. yağsız qatıq, bir ədəd banan və bir kivini qarışdıraraq, meyvə salatı hazırlayın.
Axşam yeməyi: İki ədəd qaynadılmış kartofun yanına bir pomidor, bir xiyardan ibarət olan gözəl bir salat hazırlayın.
 2-ci gün
Səhər: 30 qr. cornflakesi, kub şəklində doğranmış alma və 100 ml. südlə qarışdırın. İçinə bir az şəkər əlavə edin. 
Arada: Bir ədəd dilimlənmiş pomidor və bir dilim mozarella pendirindən ibarət olan bir buterbrod hazırlayın.
Günorta: Bir qab toyuqlu şəhriyə şorbası, yanında dilimlənmiş bir ədəd xiyar.
Arada: Bir dənə vafli yeyə bilərsiniz.
Axşam yeməyi: İki kotlet, yanında qaynadılmış kartof və yaşıl salat hazırlayın. 
Enerji pəhrizi
3-cü gün
Səhər: Çiyələkli şirə üçün 60 qram şirəni 125 qram çiyələk və 100 ml. yağsız südlə qarışdırın.
Arada: Çiyələkli qatıq üçün 200 qram qatığı 125 qram kiçik-kiçik doğranmış çiyələklə qarışdırın.
Günorta: Bir xiyarın yarısı, 50 qram mozarella pendiri, bir dənə yaşıl bibər və iki dənə kökü qarışdıraraq, salat hazırlaya bilərsiniz. Salatı sirkə, zeytun yağı, duz və bibərlə dadlandırın və yanına bir dilim kəpək çörəyi əlavə edə bilərsiniz.
Arada: İstədiyiniz növdə iki top dondurma.
Axşam yeməyi: Bir kasa qatıq, dörd yemək qaşığı qaynadılmış tərəvəz (brokkoli, gül kələm kimi) və iki dilim kəpək çörəyi. 
4-cü gün
Səhər: 30 qram şirəni 200 qram yağsız qatıq və kiçik-kiçik doğranmış portağalla qarışdırın. İçinə bir az şəkər əlavə edin. 
Arada: Üç ədəd kakaolu biskvit yeyə bilərsiniz.
Günorta: 150 qram köklə 150 qram xiyarı sürtkəcdən keçirin və içinə bir dəstə incə doğranmış şüyüdü qarışdırın. 200 qram qatığı üzərinə töküb, duz və qara bibərlə dadlandırın. Yanında 2 dilim kəpək çörəyi yeyə bilərsiniz.
Arada: Yarım qreypfurt yeyə bilərsiniz.
Axşam: Bir dilim çörəyin üzərinə yumşaq pendir çəkin, yanına da bir pomidor və xiyar əlavə edin.
Enerji pəhrizi
 5-ci gün
Səhər: 60 qram şirə, 200 qram yağsız qatıq və bir dilimlənmiş bananla qarışdıraraq, bananlı şirə hazırlayın.
Arada: Kiçik bir alma.
Günorta: İki dilim qızarmış tost çörəyinin arasına 100 qram yağsız ton balığı, yarım ədəd pomidor, bir neçə yarpaq kahı qoyaraq, buterbrodunuzu hazırlayın.
Arada: Bir ədəd bananı dilim-dilim doğrayın və 200 qram yağsız qatıqla qarışdırın. İçinə bir az şəkər tökün.
Axşam: 250 qram kartofu və 250 qram quşqonmazı ayrı qazanlarda qaynadın. Dörd yemək qaşığı qaymağı, bir yemək qaşığı portağal suyunu, qara bibəri və duzu yaxşıca qarışdırıb, qaynadılmış quşqonmazın üzərinə tökün. Kartofla birlikdə servis edin.
Enerji pəhrizi
 6-cı gün
Səhər: 60 qram şirə, bir dilim doğranmış ananas konservi və 100 ml. südlə qarışdırıb ananaslı şirə hazırlaya bilərsiniz.
Arada: Bir ədəd xiyar, ya da pomidor.
Günorta: Toyuq şorbası, yanında yarım ədəd dilimlənmiş xiyar.
Arada: İstədiyiniz növdə bir top dondurma.
Axşam: Sobada kartof və mövsüm salatı. 
7-ci gün
Səhər: 30 qram qarğıdalı lopasını kub şəklində doğranmış alma və 100 ml. südlə qarışdırarıb yeyin.
Arada: Bir ədəd dilimlənmiş banan, bir ədəd kivi və 100 qram yağsız qatıqdan ibarət meyvə salatı hazırlayın.
Günorta: İki dilim toyuq budu və 50 qram ağ pendirlə kəpəkli buterbrod hazırlayın.
Arada: Üç ədəd kakaolu biskvit yeyə bilərsiniz.
Axşam: Bir dilim göbələkli pizza və bir kasa salat.
12 fevral 2014
GO BACK