Ziyafət paltarının içində şar kimi görünməkdən, ya da gecə boyu qarnını içinə çəkməkdən qorxmayın! Bunların heç biri olmayacaq! Buraxılış gecəsindən öncə bu xəbərdəki pəhriz sirlərini tətbiq et və şənliyin ən zərif qızı siz olun!
Dümdüz qarnın sirri
Bolluca su iç
Gün ərzində 8-10 stəkan su içərək bədəninizdəki çoxlu suyun çölə atılmağını sürətləndirmiş və asanlaşdırmış olarsınız. Beləcə, bədəninizdəki şişin azalmasını təmin edərsiniz.
Daha kiçik boşqablarda yemək yeyin
Payın sayını artırın, ancaq boşqabları azaldın. Beləcə, mədəni qab dolusu yeməklərlə doldurub şiş görünməsinə mane olmuş olarsınız. Düz qarınların ən əhəmiyyətli sirlərindən biri budur, unutmayın!
Soya südünü sınayın
Normal südə qarşı həssaslığınız varsa, süd içdiyin izzaman mədənizdə şişkinlik hiss edə bilərsiniz. Bu şişkinliyi hiss etməmək üçün soya südünü sınayın.
Bunları etməyin!
Ayaqüstü qidalardan uzaq olun
Çipsi və kreker kimi yeməklərin tərkibindəki natrium bədəndəki suyu saxlayaraq özünüzü daha şişkin hiss etməyinizə səbəb olar. Buna görə də xüsusilə buraxılış gecəsindən 1 həftə əvvəl ayaqüstü qidalardan uzaq durmağa çalışın.
Pəhriz məhsullarından imtina edin
Zəifləmək üçün istifadə etdiyiniz süni dadlandırıcılar da bədəndə qaz yaradaraq mədəyə şişkinlik yaradır.
Mineral suyu sürətlə içməyin
Mineral suyun içində olan qaz mədəni hava ilə doldurur və şişirdir. Buna görə də mineral su əvəzinə qazsız su içməlisiniz. Köpü azaltma pəhrizi saxlayın - 3 günlük pəhrizdir, buraxılış gecəsindən 6 gün əvvəl başlayın.
1. Gün
Səhər yeməyi:
Yarım kasa qarğıdalı lopası
1 stəkan az yağlı süd ya da soya südü
1 stəkanın tutduğu qədər təzə çiyələk
Nahar yeməyi:
Kahı, pomidor
Üzərinə kalorisi az olan mayonez çəkilmiş buğda çörəyi
Hind quşu
6 ədəd duzsuz kəpəkli kreker və ya 2 dilim çörək
1 stəkanın tutduğu qədər üzüm
Axşam yeməyi:
Vegetarian küftəsi
Kahı, pomidor və incə bir dilim ağ pendir
Az yağlı yaşıl salat
1 portağal və 1 stəkan az yağlı süd, ya da soya südü
2. Gün
Səhər yeməyi:
Tam buğda çörəyi və 2 qaşıq fıstıq əzməsi
1 ədəd alma
Nahar yeməyi:
Üzərinə 2 yemək qaşığı sürtkəcdən keçirilmiş parmesan pendiri əlavə edilmiş 2 kasa tərəvəz şorbası
1 dilim tam buğda çörəyi
Axşam yeməyi:
1 kasa az yağlı vanilli, ya da meyvəli qatıq
1 ədəd banan
2 çay qaşığı marqarinlə bişmiş 2 ədəd kiçik kartof
1 stəkan qaynadılmış yaşıl lobya