Qadin.NET / Həftə sonu üçün 5 hiylə

Həftə sonu üçün 5 hiylə

Dietoloq Həyat Qoçu Gizəm Şebər pəhriz saxlayanlar üçün həftə sonu resepti hazırlayıb. Bütün həftə davam edən pəhrizi həftə sonu da saxlamağın yolları:

 

 

Həftə sonu üçün 5 hiylə

 

1. Suya biganə olmayın

Susuzluğun bəzən aclıq hissini artıra biləcəyini unutmayın. Bu səbəblə həftə sonu suyu gözdən qaçırmayın. Çantanıza yarım litrlik su şüşəsi qoyun. Lazımdırsa telefonunuza "Su iç" deyə xatırlatma qoyun.

Həftə sonu üçün 5 hiylə

2. Əvvəlcə salat, sonra yemək

Hansı yemək vaxtında olursanız-olun, seçdiyiniz yeməkləri yeməzdən əvvəl az miqdarda da olsa salat yeməyi unutmayın. Lif toxluq hissi təmin edəcək və beləliklə daha az  yemək yeyəcəksiniz. 

Həftə sonu üçün 5 hiylə

3. Bir ovuc ləbləbi yerinə düşər... 

 Ümumiyyətlə həftə sonu ora-bura qacmaq dərdindəykən yemək vaxtımız keçir və çox uzun zaman ac qalırıq. Bu da sonrakı yemək vaxtında daha çox qida qəbul etməyimizə gətirib çıxarır. Xüsusilə günorta yeməkləri həftə sonu nizamlı olaraq yeyilmədikdə, nahar ilə axşam yeməyi arasındakı zaman çox uzanır. Axşam yeməyində çox yeməmək üçün axşamüstü saatlarında 1 ovuc ləbləbi yeyin.

 

Həftə sonu üçün 5 hiylə

 

4. Yaşıl çayı unutmayın

Xüsusilə spirtl içki qəbul etmisinizsə, bədəndəki şişkinlikdən daha tez azad olmaq üçün gündə 2-3 fincan yaşıl çay için.

Həftə sonu üçün 5 hiylə

5. Ananas yeyin

Nizamsız qidalanmanın nəticəsində qəbiz oldunuzsa, çarəsi ananasdır. Saat dəyişikliyinə və az su qəbul etməyə bağlı olaraq qəbiz oldunuzsa səhər yeməyindən əvvəl və ya gecə yatmadan 1-2 saat əvvəl 1-2 dilim ananas yeyin və bir bardaq su için. 

                                                

21 noyabr 2013
GO BACK