Qadin.NET / Mənim Sirrim

Mənim Sirrim

Mənim Sirrim

Düzü bu pəhrizi yerləşdirməkdə çox tərəddüd etdim.Gündə nə qədər pəhriz reseptləri ilə tanış oluruq.Sağlamlığımıza ziyan verəcəyindən və aclıq  hissini çəkmək istəmədiyimizdən,qida məhdudiyyətlərindən qaçınırıq.Bu pəhriz resepti sağlamlıq və xəstəliklərdən can qurtarmaq məqsədi daşıyır.Sağlamlığınıza ziyan vermədən arıqlamağınıza da zəmanət verir.Uzun-uzadı danışmaq və təriflər demək fikrim yoxdu.Və sizi Birher-Bennerin pəhriz sistemi ilə tanış edirəm.Onu yerinə yetirib-yetirməmək hər kəsin öz işidir :) 

Pəhriz 15 günlükdür və qida məhdudiyyəti,müəyyən yemək saatları yoxdur. 

Mənim Sirrim 

İlk 4 gün yalnız çiy tərəvəzlər,meyvə,göy-göyərti,meyvə qurusu,qoz-fındıq (püstə,badam və s),yarpaq dəmləmələri,yaşıl çay,bal,bitki yağı(gundə 1-2 çay qaşığı),kartof şirəsi (soku),su (qaynadılmamış halda içinə 2-3 damcı alma sirkəsi mikrob varsa öldürsün deyə),eləcə də suya bal və limon suyu əlavə edib qəbul edin.Bişmiş xörək yeməyin!Gündə 100 qram (2dilim) qurudulmuş çovdar çörəyi yemək olar.Bu 4 gündə dilinizə ət,balıq,yumurta,kolbasa,ağ çörək,suxarı,xəmir xörəkləri,sup,bulyon,şokolad,halva,bişmiş şirniyyat,konfet,spirtli içkilər və bu qəbildən olan digər qidaları vurmayın,siqaret çəkməyin.

5-ci  gün--eyni qidalar,bir parça qara suxarı əlavə etmək.

6-cı  gün--eyni qidalar,günorta 2-3 dənə suda bişirilmiş kartof(duzsuz) əlavə etmək.Pürə də etmək olar.

7-ci  gün--eyni qidalar,əlavə 2 suxarı və 0.5 litr qatıq.

8-ci  gün--eyni qidalar,1yumurta sarısını çiy içmək (mən bunu heç vaxt etməmişəm)

9-14-cü günlər--eyni qidalar,əlavə-1 çay qaşığı kərə yağı və 2 xörək qaşığı kəsmik (1çay qaşığı bitki yağı ilə qarışdırmaq) mən bu qarışığa qoz və xurma da əlavə edirdim,daha doyumlu desert olurdu.

15-ci gün--100 qr ət (əvvəlcə suda bişirilmiş və gələn həftələrdə 2 dəfədən çox olmayaraq) yemək olar.Formada qalmağınız üçün hər həftə 2 dəfə pəhrizin istənilən gününü təkrar edin.

Bu qədər! Sizlərə əzm və uğurlar arzulayıram ;)

 Mənbə:Ərşad Əzimzadə,Möcüzəsiz möcüzə

25 dekabr 2010
GO BACK