Qadin.NET / Düz qarın istəyənlər üçün pəhriz

Düz qarın istəyənlər üçün pəhriz

 

Düz qarın istəyənlər üçün pəhriz

 

Aşağıda görəcəyiniz siyahı və qaydalar 1500 kalorilik bir pəhrizə aiddir. Bu pəhrizi ac qalmadan nizamlı şəkildə tətbiq etsəniz qarın bölgəsindəki yağlardan xilas ola bilərsiniz.

Səhər yeməyi

Qatıq və qreypfrutlu parfe

240 qr. yağsız pəhriz qatığı

1 xörək qaşığı buğda rüşeymi

Yarım çay qaşığıı bal

1 çay qaşığı incə çəkilmiş kətan toxumu

1 orta boy qreypfrut

Qreypfrutun tərkibində olan üç qram lif meyvənin daxili divarlarında olur (parçalar arasındakı incə ayırıcılar). Yəni daha doyurucu bir pay istəyirsinizsə, onları da yeyin.

Ümumi: 252 kalori.

 

Düz qarın istəyənlər üçün pəhriz

 

Ara yeməyi

120 qr. yağsız ağ pendir

120 qr. kvadrat şəklində doğranmış ananas (təzə və ya konservləşdirilmiş)

Ananasa manqan daxildir: maddələr mübadiləsinə nəzarət etməyə köməkçi olan əsas qidalardandır.

Ümumi: 221 kalori.

Nahar yeməyi

Lobya və salat

90 qr. pəhriz ton balığı

90 qr. quru paxla

60 qr. kvadrat formada doğranmış pomidor

60 qr. kvadrat formada doğranmış qırmızı soğan

60 qr. konservləşdirilmiş qarğıdalı

3 ədəd dilimlənmiş yaşıl və qara zeytun

2 çay qaşığı zeytun yağı

Doymamış yağ növü olan zeytun yağı yağ oksidləşməsini artırır.

Ümumi: 353 kalori.

 

Düz qarın istəyənlər üçün pəhriz

 

 

Axşam yeməyi

Yarım kasa balqabaq şorbası

Yarmalı qızartma ət (yağsız qırmızı ət 90 qr.)

Bol göyərtili və tərəvəzli salat (çox az yağlı)

Yarma tez bişən və ləzzətli bir tam taxıl növüdür. O biri taxıllara görə daha az kalori və yağa malikdir.

Ara yeməyi

3 ədəd quru ərik

15 ədəd duzsuz badam və ya fındıq

120 qr qarğıdalı

Bir araşdırmaya görə, badamı nə qədər uzun müddət çeynəsən, sağlam və toxluq hissi verən yağları o cür udmuş, qəbul etmiş olarsan.

Ümumi: 224 kalori.

30 oktyabr 2013
GO BACK