Qadin.NET / Pəhrizdən imtina etmənin səbəbləri

Pəhrizdən imtina etmənin səbəbləri

Pəhrizdən imtina etmənin səbəbləri
    Arıqlamaq üçün olan pəhriz proqramlarının çoxunun praktikada tam tətbiq olunması olduqca çətindir. Sizə nəyi, nə qədər və nə zaman yeməyi söyləyirlər, lakin həyat tərzinizə, vaxtınızın nə qədər məhdud olduğuna çox da fikir vermilər. Buna görə də pəhrizdən imtina etmənin ən əhəmiyyətli səbəblərindən biri pəhriz proqramının əslində sizin mövcud həyatınıza həqiqətən də uyğunlaşmamasıdır. 
Pəhrizdən imtina etmənin səbəbləri
Keçmişdə yaşanmış pis təcrübələr
     Həyatı boyunca artıq çəki problemləri ilə mübarizə aparanlar "Bundan sonra çox fərqli biri olacağam" deyə davamlı olaraq ürəklərindən keçirirlər. Halbuki, hər başlanan yeni pəhriz çox zaman uğursuqluqla nəticələnə bilər. Bunun üçün, əvvəlcə "Hər şeyi tək bir gecədə dəyişə bilməyəcəyəm" gerçəyini qəbul etməlisiniz. Pəhrizdən imtina etmək əvəzinə keçmişdəki pis təcrübələri yaddan çıxarmalısınız.
Pəhrizdən imtina etmənin səbəbləri
Pəhriz proqramları əlavə xərc tələb edir!
     Olduqca müvəffəqiyyətli dietoloqlar var. Onlar həqiqətən də işlərini yaxşı görür və sizə istədiyiniz çəkiyə nail olmağa yardım edirlər. Lakin onların sizi və sağlamlığınızı sizdən daha yaxşı qoruyacaqlarını zənn etmirik. "Arıqlamaq yalnız və yalnız dietoloqlar vasitəsilə ola bilər" deyə bir qanun yoxdur! Bir çoxları arıqlamağın yalnız dietoloq vasitəsilə mümkün ola biləcəyini düşünür, dietoloqlara ayıracaq büdcəsi olmadığı və özbaşına arıqlaya bilməyəcəyinə inandığı üçün hal-hazırda tətbiq etdiyi pəhrizi də yarımçıq buraxır.
Kaloriləri hesablamırsınızmı?
Hansı pəhriz proqramını tətbiq edirsəniz-edin, yediklərinizin gerçək kalori dəyərlərini hesablamasanız, inandığınız pəhriziniz istədiyiniz nəticəni verməyəcək. Kaloriləri düzgün hesablamaq özünüzü aldatmağınıza  da mane olacaq.
Pəhrizdən imtina etmənin səbəbləri
Böyük bir zövqdən imtina etmək
 Yeməkləri ayırd etməyən, hər şeyin dadında ayrı bir gözəllik tapan, qısacası, "bu işdən həqiqətən zövq alan" kəslərin pəhrizdən imtina etmə səbəbi də əksəriyyətlə budur! Gözəl olan şeylərin kalorisinin yüksək olduğunu bilirik. Buna görə də "Yeməməlisən ,içməməlisən" deyildiyi zaman yeyilməməsi və içilməməsi lazım olanlar alışqanlıq halına gəlir, onlar həyatımızda olmasa, xöşbəxt olmayacağımız qənaətinə gəlirik. Halbuki, hər şeydən ölçülü şəkildə yemək ən doğrusudur! Pəhriz saxlamağa həqiqətən də ehtiyacımız varmı? Yoxsa pəhrizə "yox" deməli?
Bəzi pəhrizlər həqiqətən də yararsızdır!
    Arıqlamağı istəyənlərin saxlaya biləcəyi pəhriz yoxdur, yetər ki, bir neçə etibar etdiyiniz məşhur adam və ya yaxın dostlarınız tövsiyə etsin. Elə pəhrizlər var ki, yalnız müəyyən qidaları ön planda tutaraq bədəninizin sizin üçün vacib olan minerallardan və ya əhəmiyyətli əlavələrdən məhrum qalmasına səbəb olur. Belə olduqda da pəhrizi buraxmaqdan başqa çarə qalmır.
28 mart 2016
GO BACK