Qadin.NET / Tənbəllər üçün sıyıq pəhrizi

Tənbəllər üçün sıyıq pəhrizi

Tənbəllər üçün sıyıq pəhrizi
Sizə təqdim edəcəyim bu pəhrizlə siz 7-10 günə  4-5 kilo arıqlaya bilərsiniz. Ən əsası da budur ki, pəhriz zamanı qəbul etdiyiniz qida sayəsində bədəniniz təmizlənəcək, dəri və saçlarınız canlanacaq. Niyə? Ona görə ki, taxıl bitkilərində böyük miqdarda vitamin və minerallar var və bu vitaminlərin sayəsində insan orqanizmi sağlam bir şəkildə inkişaf edir. Bir çox pəhriz saxlayanlar bir müddətdən sonra dərilərinin solğunlaşdığının, saçlarının töküldüyünün və dırnaqlarının qırıldığının şahidi olurlar. Bunun da səbəbi odur ki, pəhriz saxlayarkən riskli pəhrizlər saxlayır və yetərincə mineral və vitaminlər qəbul etmirlər.

Sıyıq pəhrizi sağlamlığınızı qorumağa və itirilmiş gümrahlığınızın geri qazanılmasına gətirib çıxarır.

     Bu pəhriz üçün manna sıyığından başqa bütün sıyıqlardan istifadə etmək olar. Qida qəbulunun əsas qaydaları isə belədir:

 

Tənbəllər üçün sıyıq pəhrizi

 

1. Qida rasionunuzdan bunları tamamilə çıxarın: balıq, ət, süd məhsulları, kərə yağı, kartof, heyvan yağları (piylər), çörək, xəmir yeməkləri, şokolad və mürəbbələr.

2. İstədiyiniz qədər meyvə yeyə və təzə şirələr içə bilərsiniz.

3. Çay, kofe və spirtli içkilər içmək məsləhətli deyil.

4. Gün ərzində bol maye qəbul etməyi unutmayın. Gün ərzində 2 litr su içmək lazımdır.

     Gün ərzində istədiyiniz qədər sıyıq qəbul edə biləsiniz. Ancaq sıyığı bişirəndə ona duz vurmaq olmaz.

     Tərəvəzlərdən pomidor, kələm, yerkökü, qabaq (boranı) və turp yemək olar.

 

Tənbəllər üçün sıyıq pəhrizi

 

 

Sıyıqlarınızı şirinləşdirə bilərsiniz. Ancaq şəkər tozu yox, bir qaşıq balla şirinləşdirin.

Sıyığı gün ərzində 3-4 dəfə yemək lazımdır. Saat 18:00-a qədər qida qəbulunu bitirmək lazımdır. Ancaq 18:00-dan sonra güclü aclıq hiss etsəniz, bir az sıyıq yeyə bilərsiniz. Bizim əsas məqsədimiz özümüzü ac saxlamaqla deyil, tox qalaraq arıqlamaqdır. Ancaq yüngülcə aclıq hissi olmağı normaldır. Səbr edib dözmək lazımdır. Meyvə və tərəvəzlərdən bol-bol yeyin. Ancaq onları da yeyərkən diqqət edin ki, mədənizdə tam toxluq hissi yaranmasın.

     Bu pəhrizi 2-3 aydan sonra yenidən təkrarlamaq olar.

      Pəhriz zamanı mütəmadi olaraq idman hərəkətləri etməyi unutmayın. Ən əsası da odur ki, özünüzə əyləncəli, maraqlı məşğuliyyətlər tapın ki, gün ərzində yemək barədə düşünməyəsiniz. Çünki pəhrizdə olarkən insanın könlündən aş,  tort, kabab kimi yeməklər keçə bilir.  

7 may 2013
GO BACK