Qadin.NET / Pəhriz zamanı yol verilən yanlışlıqlar

Pəhriz zamanı yol verilən yanlışlıqlar

 

Əziz Qadın.Netlilər, sizə pəhriz saxlayanların pəhriz zamanı etdiyi yanlışlar haqqında yazmağı qərara aldım. Bildiyimiz kimi, artıq çəkidən əziyyət çəkən xanımlarımız çoxdur. Bəzi xanımlar qısa zamanda böyük ölçüdə çəki itirməyə səy göstərsələr də, nəticə etibarə ilə özlərinə və sağlamlıqlarına zərər vermiş olurlar. Bu isə gələcək həyatlarını təhlükə altına salır. Doğru  və sağlam pərhizi sıradan bir pəhrizdən fərqləndirmək üçün sizə bu xəbərimi təqdim edirəm. Əminəm ki, hər biriniz bu xırda, lakin çox önəmli qeydləri unutmazsınız.

 

1. Çoxumuz səhər yeməyini yemirik və pəhriz zamanı bunu müsbət hal kimi qiymətləndiririk. Amma bu, yanlış fikirdir. Çünki səhər yeməyini yeməmək bizi günorta çox yeməyə məcbur edir. 

Pəhriz zamanı yol verilən yanlışlıqlar

2. "Bütün həftə boyunca qidalanmağıma nəzarət edib, həftə sonu özümü mükafatlandıra bilərəm" inancı da çox yanlış bir addımdır. 5 gün az yedikdən sonra hamburger və ya şirniyyatlar yemək əksinə, çəkinin artmasına səbəb olur.

3. Pəhriz içkilərinin kalorisinin olmaması düşüncəsi və bu səbəblə də artıq çəkinin olmayacağı fikri növbəti yanlış düşüncədir.

Pəhriz zamanı yol verilən yanlışlıqlar

4. Sağlam olan qidaların istənilən qədər yeyilə biləcəyi düşüncəsi də tez-tez rastlanan bir səhvdir. Bəzi sağlam qidalar iştahaçandır və çox kalorilidir.

Pəhriz zamanı yol verilən yanlışlıqlar

5. Pəhriz saxlayarkən yağdan tamamilə uzaq dayanmaq səhv addımdır. Heç yağ istifadə etməyənlər doymur və daha çox yemə ehtiyacı duyurlar.

6. Çox pəhriz saxlayıb, kifayət qədər çox arıqlayanlar çəkilərinə nəzarəti uzun müddət saxlaya bilmirlər. Pəhrizdən sonra yenidən artıq çəki problemi yaranır və çəkiləri əvvəlkindən daha çox artır.

 

Sonda hər birinizə sağlam pəhriz arzulayıram.

 

25 fevral 2013
GO BACK