Qadin.NET / 2 həftəyə 8 kiloqram arıqlayın

2 həftəyə 8 kiloqram arıqlayın

 Kolorado Universitetinin mütəxəssisləri araşdırma apararaq, 30 yaşdan sonra çəkidə yaranan problemlərin və onları atmağın çətinliyini müəyyən edilər. Məlum olub ki, hətta gün ərzində qəbul olunan 100 kilokalori belə çəkinin artmasına səbəb olur. 30 yaşdan yuxarı olanları ən çox şokoladlı biskvitlər kökəldir. Bu zaman arıqlama çətin olduğu qədər enerji də azalır.

 

Gündəlik rasiona təqdim olunan formada əməl etmək vacibdir. Pəhriz zamanı 3 əsas qaydaya əməl et:

1.      Yeməyi əvvəlcədən hazırlayıb,soyuducuda saxlayın.

2.      Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə ehtiyatlı olun, gündə 1 ədəd bəs edər. 

3.      Əgər yeməyin qədəri yazılmayıbsa, onu istədiyiniz miqarda yeyə bilərsiniz. 

İlk gün:

 Səhər: Axşamdan yoqurtda isladılmış yarma (müsli), 3 ədəd qara gavalı. 

Nahar: Suda bişmiş qəhvəyi düyü,4 ədəd (çerri) pomidor, 6 ədəd qoz 

Axşam:  75 qram buxarda bişmiş qızıl balıq.

II gün: 

Səhər: Üzərinə 1 xörək qaşığı yağsız yoqurt tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu.

Nahar: 40 qram kəpəkli undan hazırlanan bulka, yağsız pendir, 1 ədəd naringi. 

Axşam: 75 qram suda bişmiş hinduşka filesi, tavada qızardılmış göbələk və brokkoli.

 

III gün: 

Səhər: Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal. 

Nahar: Bir dilim yağsız toyuq kolbasası,1/3  avokado, kərəviz. 

Şam: Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər. 

 

 

IV gün:

 Səhər: 2 ədəd quru əncir, 1 ədəd  armud, 6 ədəd fısdıq 

Nahar: Tərəvəz şorbası, göyərti salatı. 

Şam: Buxarda bişmiş balıq kotleti,kələm salatı. 

 

 

V gün: 

Səhər: 1 dilim kəpəkli çörək, cem, yarım ədəd qreypfrut. 

Nahar: Buxarda bişmiş qabaq (kabaçok) və badımcan, pomidor və xiyar salatı. 

Axşam:Üzərinə bir qədər  zeytun yağı tökülmüş dəniz məhsullarından hazırlanan salat.

2 həftəyə 8 kiloqram arıqlayın
  

VI gün: 

Səhər:  Blendrdən  keçirilmiş kivi,banan və 2 xörək qaşığı yoqurt, 4 ədəd qoz. 

Nahar: 1 dilim pendir, yağsız mayonezlə hazırlana çuğundur salatı. 

Şam: Suda bişmiş qara düyü, üzərinə limon şirəsi tökülmüş göyərti salatı.

 

VII gün: 

Səhər: Suda bişmiş yulaf, yağsız yoqurt. 

Nahar: Kəpəkli çörək, suda bişmiş yumurta, pendir və göyərtidən hazırlanan sendviç. 

Axşam: Buxarda bişmiş göbələk, kök və  qabaq, 1 dilim toyuq filesi. 

Ikinci həftə də eyni menyu təkrarlanır. Unutmayın, bu ekspress pəhrizdir. 

13 fevral 2013
GO BACK