Qadin.NET / Qışda artıq çəki probleminin həlli

Qışda artıq çəki probleminin həlli

 

Qışda artıq çəki probleminin həlli

        Qış aylarında bədən özünü qorumaq üçün maddələr mübadiləsi daha yavaş işə başlayır. Qışda daha çox yemək yeməyə meyilli oluruq. Tərləmə də çox az olduğundan, köklməyə daha çox meyilli oluruq. Bu da diqqət yetirilməsi lazım olanlar;


-Qış mövsümünü sağlam keçirmək üçün əvvəlcə immun sistemini gücləndirmək lazımdır. Güclü bir müdafiə etmə mexanizmi meydana gətirmək üçün sağlam və balanslı bəslənmək lazımdır. İdman etmək formada qalmağınızı təmin edəcəyi kimi immun sisteminizin güclənməsinə kömək edəcəkdir.

-Maddələr mübadiləsini yaxşı işlək vəziyyətə gətirmək üçün əvvəlcə günü gözəl səhər yeməyi ilə başlamalısınız. Yaxşı səhər yeməyi gündəlik müqavimətinizi artıracaq.

-Yay aylarında rahatlıqla qəbul etdiyimiz suyu qışda da  eyni miqdarda qəbul edə bilərsiniz. Su bədənin metabolik reaksiyalarının təməl dirəyidir. Qışda maddələr mübadiləsini işlətmək üçün susamasaz belə gündə 10-14 stəkan su içməlisiniz.
Qışda artıq çəki probleminin həlli

-Qara çay və qəhvə yerinə bitki çaylarını seçin. Məsələn: İtburbu çayı C vitamini baxımından olduqca zəngindir. Rəzyana çayı isə qaz problemlərinə yaxşı kömək edir.

-Qış mövsümünün imtina edilməyəcək yeməklər quru paxlalı yeməklərdir. Qış aylarında xüsusi ilə C vitamini ilə zəngin olan tərəvəz və meyvələr yemək daha yaxşı olardı.
Qışda artıq çəki probleminin həlli


-Həftədə 2 və ya 3 dəfə balıq yeyərək ürək və sümük sağlamlığınızı zəmanətə ala bilərsiniz.

-Aclıqlardan qaçınmalısınız. Aclıqdan azad olmaq üçün tez hazırlanan yeməklərdən imtina edin. Gün ərzində yetərli qədər yemək yeyərək immun sistemini gücləndirə və bədəninizin istiliyini qoruyub saxlaya bilərsiniz.

 

26 yanvar 2013
GO BACK