Kaliforniya Universitetinin əməkdaşları belə bir nəticəyə gəliblər ki, pəhriz nəinki artıq çəkidən xilas olmağa kömək etmir, həm də səhhətə əlavə ziyan vurur.
Axı bədən çəkisində tez-tez əhəmiyyətli dəyişmələr ürək-damar xəstəlikləri, insultun yaranması riskini artırır, həmçinin immuniteti azaldaraq orqanizmi təhlükəli virus infeksiyaları üçün daha zəif edir.
Amerika alimləri eksperiment üçün bir neçə min iştirakçı seçiblər və bir neçə il onların səhhətini izləyiblər.
Tədqiqatın nəticələri American Psychologist jurnalının aprel sayında dərc olunub.
Məlum olub ki, təcrübədən keçirilənlərin üçdə ikisi pəhrizin köməyi ilə arıqlaya bilməyiblər. Özü də onların təqribən yarısının çəkisi daha da artıb.
Tədqiqatın aparıcı müəllifi doktor Treysi Mann deyir ki, pəhrizlərin bütün formaları təqribən eyni cür işləyir: Başlanğıcda istənilən pəhrizdə ola-ola siz həqiqətən də, çəkinin 5-10 faizini itirə bilərsiniz. Amma sonradan çəki yenidən qayıdır. Çəkinin sabit azaldılmasına yalnız kiçik azlıq nail ola bilir, əksəriyyət isə çəkidə artırır.
Amerikalı alimlər belə nəticə çıxarıblar ki, yaxşı olardı ki, iştirakçıların əksəriyyəti ümumiyyətlə, pəhrizlərlə eksperimentlərə başlamayaydılar onların çəkisi eyni qalardı, orqanizm isə daim çəkinin itməsi və artmasından əldən düşməzdi.