Amerikada Diana İronz imzası ilə çıxan «Asan gözəllik sirləri» adlı kitabda qadınlara pəhrizsiz arıqlamağın üsulları açıqlanır.
Beləliklə pəhrizsiz arıqlamaq üçün…
• İlk əvvəl özünüzə çox bəyəndiyiniz, əyninizə balaca olan bir libas alın. Bu sizdə arıqlamağa olan həvəsi gücləndirəcək.
• Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Bu sizin aclığınızın qarşısını alacaq.
• Yemək zamanı çoxlu bibər yeyin. Bibər bədəninizdəki yağları 25 faiz əridir.
• Qaranlıqda yeməyin.
• Aclıq hiss etdikdə musiqiyə qulaq asın.
• Gün ərzində ən az 20 dəqiqə küçədə gəzin.
• Yeməkdən sonra pilləkənləri çıxıb-düşün.
• Şokaladı yedikdən sonra çay yox, qazlı su için.
• Rəflərinizdə olan libaslarınızı yerə töküb, onları yenidən yerləşdirməyə başlayın.
• Yeməkdən sonra limon yeyin.
• Daha çox tərəvəzlərə üstünlük verin.
• Televizora baxarkən, qəzet və ya kitab oxuyarkən heç nə yeməyin.