Pəhriz orqanizmdəki maddələr mübadiləsini daha fərqli ritmdə çalışdıracaq ki, bu zaman itirilmiş çəki uzun müddət bədənə qayıtmayacaq. Pəhrizin qaydası Pəhrizə başlamazdan əvvəl yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər. İlk həftədə bu ərzaqlardan uzaq durun: "Duz" bədənə su yığıb, cəkini artırır. "Şəkər" bədəndə piy qatları yaradır."Alkoqol" 100 qr. çaxır belə maddələr mübadiləsini pozur və toksinlərin bədəndən çıxmasına mane olur. Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir. -Südverən analara bu pəhrizi saxlamaq qadağandır. İlk günlər və pəhrizdən sonrakı ilk həftə Səhər: Qəhvə. Nahar: Tərəvəz və yumurta. Axşam: Yağsız balıq.I gün Səhər: Qara qəhvə. Nahar: Suda bişmiş 2 yumurta, kələm salatı, 1 stəkan tomat şirəsi. Şam: Buğda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq. II gün Səhər: Qara qəhvə və bir dilim qurudulmuş qara cörək. Nahar: Suda bişmiş balıq, zeytun yağlı tərəvəz salatı (xiyar, turp, pomidor, kələm və göyərti). Şam: Suda bişmiş 100 qr. mal əti və 1 stəkan qatıq. III gün Səhər: Qara qəhvə və bir dilim qurudulmuş qara cörək. Nahar: Bitki yağında qızardılmış 1 ədəd böyük "kabaçok". Şam: 200 qr. soyutma mal əti, 2 ədəd yumurta, zeytun yağlı kələm salatı. IV gün Səhər: Qara qəhvə. Nahar: Salat (1 ədəd soyutma yumurtanı və 3 ədəd böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgəcdən kecirib, üzərinə zeytun yağı əlavə edin). Şam: Meyvə (üzüm və banandan başqa). V gün Səhər: Üzərinə limon şirəsi sıxılmış, sürtgəcdən kecirilmiş ciy kök. Nahar: Buğda bişmiş və ya qızardılmış balıq, 1 stəkan tomat şirəsi. Şam: Meyvələr (banan və üzümdən başqa). VI gün Səhər: Qara qəhvə. Nahar: Suda bişmiş, yağsız, dərisiz toyuq, kələm və kök salatı. Şam: Soyutma 2 ədəd yumurta, üzərinə bitki yağı əlavə edilmiş kök salatı. VII gün Səhər: Yaşıl cay və ya ot dəmləməsi. Nahar: 200 qr. soyutma mal əti və meyvə. Şam: Pəhrizdəki istədiyin şam yeməklərindən birini secə bilərsən (III gündən başqa). 13-cü günə qədər pəhriz yenidən təkrar olunur. Amma unutma ki, pəhrizdən yalnız 1 həftə sonra normal qidaya qayıda bilərsən. Nə qədər cazibədarsan? Seksoloqların fikrincə, qadının cazibədarlığını onun döş formasından müəyyən etmək olar. Qadın döşü müxtəlif meyvələrə bənzədilib, kişiyə qarşı olan diqqətindən xəbər verir. Yemiş formalı Bu tip qadınlar evdar olub, ləzzətli xörəkləri sevirlər. Diqqət mərkəzində olub, sevilməyi arzulasalar da, kişinin arzularını həyata keçirməkdən çəkinirlər. Limon formalı Nazlı- qəmzəli olurlar. Həyatdan zövq almağı xoşlayır, daim baxımlıdırlar. Lakin qəfil tanışlıqlar və sürprizlər bu cür qadınlar ücün uzaq anlayışdır. Ananas - (oval) formalı İntellektual və karyerist qadınlardır. Özünə və kişiyə qulluq etməyə vaxtı olmasa da, romantikdirlər. Belə qadınların sevgisini qazanmaq və onu itirmək cox asandır. Qreyfrut formalı Kənardan çəkici görünməsinə baxmayaraq, bu tip qadınlar temperamentli deyillər. Şıltaq olur, ev rahatlığını sevirlər. Nazlanmağı və nəvazişi xoşlayırlar. Portağal formalı Nə istədiklərini təkcə özləri bilirlər. Kişilərin fantaziyası onları maraqlandırmır. Kişi ilə fiziki yaxınlıqdan cox romantik söhbətlər etməyi xoşlayırlar. Albalı formalı döşü kicik olan qadınlar cazibədar və şəndirlər. Onlar əyləncəni və kişinin maraqlarını həyata kecirməyi xoşlayırlar. Armud formalı Sevməyi xoşlayırlar. Xoşlarına gələn hər kəsi sevə bilirlər. Bu cür qadınlar dindar olsalar da, romantizmdən uzaq dura bilmirlər. Sellülitə əlvida! Problemi aradan qaldırmaq ücün masaç kreminə aşağıdakı efir yağlarından birini əlavə et. Qreyfrut yağı - 10 damcı Portağal yağı - 3 damcı Darcın yağı- 3 damcı ərik yağı - 8 damcı (dəri dartınmalarına qarşı) Yerfındığı yağı - 5 damcı Limon yağı- 3 damcı Coxlu su və işlədici ot dəmləmələri icmək orqanizmi toksinlərdən təmizləyir. Təbib Şərbətlərlə müalicə Alma şərbəti Mədə və ürəyi qüvvətləndirir, susuzluq, ürəkdöyüntüsü və ürəkbulanmanın qarşısını alır. Meyxoş dağ almasını əzib, suyunu cıxarıb, od üzərində azca bişirib, süzüb, bir gecə saxlayın. Onu qatılaşdırmaq ücün ertəsi gün bir daha yüngül odda bir az bişirib, şəkər qatın. Bal şərbəti Soyuqdəymədən olan xəstəliklər, sinə və qaraciyər ağrıları ücün cox münasibdir. Bir hissə bala iki hissə bərabərində su qatılır. Vam odda bişirilir və kəfi yığılır. Şərbətin təsirini artırmaq ücün ücdə bir hissəyə azca döyülmüş darcın, zəncəfil və quluncan əlavə edilir. əncir şərbəti Böyrəyi isti saxlayır, soyuqdəymədən olan bel ağrısı ücün faydalıdır. əncirin üzərini örtənə qədər su töküb bişirin. Bir necə gün saxladıqdan sonra süzüb, yarısı qədər bal qatıb, işlədin. Bunu quru əncirdən də hazırlamaq olar. Turş nar şərbəti Ödün şiddətini yatırır, mədəni möhkəmlədir, ishala qarşı yaxşı təsir edir. Narın suyu mülayim odda bişirilir, 1 qədər qənd və ya bal əlavə edilir. Eyni halda hazırlanan şirin nar şərbətisə sətəlcəm və sinə ağrısına qarşı, qara tut şərbəti boğaz ağrısı və iştahasızlıq hallarına, ağ tut şərbəti tənəffüs orqanı xəstəlikləri, həzm və mədə zəifliyinə qarşı, quzuqulağı və ya turşəng şərbəti isə qaraciyər, bağırsaq və öd şiddətinə qarşı məsləhətdir. Zirinc şərbəti Ürəkdöyüntüsü, ürəkbulanma və iştahasızlıq hallarında faydalıdır. Onun suyunu sıxıb cıxarır və eyni miqdarda alma suyu, yarısı qədər limon suyu qatıb, şirinliyi ücün şəkər əlavə edib qarışdırılır. Gavalı şərbəti (albuxara) Baş ağrısını və öd şiddətini yüngülləşdirir. Sarılıq zamanı yaxşı təsirə malikdir. Suda tam qaynadıb süzün, dadına görə azca şəkər qatın. Qora şərbəti Mədə, mədə zəifliyi istiliklə müşayiət olunan ağrılar zamanı, susuzluq və hamiləliklə əlaqədar hallarda işlədilir. Qora suyunu yarıya catana qədər qaynadıb, bir gecə saxlayıb, yenidən ona əvvəlki miqdarı qədər qərənfil qatıb qaynadırlar ki, qoxusunu aparsın. Sonra şəkər əlavə edib qaynadırlar. Qora suyu təmiz halda qədim vaxtlardan şəkər xəstəliyinin müalicəsində işlədilir. Gül şərbəti Qaraciyər ücün faydalıdır. Gül suda 1 hissəsi qalanadək qaynadılır. Sonra onu süzüb, qatılaşdırmaq ücün özü miqdarında şəkər əlavə edirlər. Gülab şərbəti Mədə iltihabı və öskürək üçün faydalıdır. Sidik və tərqovucudur. Tənəffüs orqanlarını möhkəmləndirir. Gülaba 1/3 hissəsi qədər şəkər qatılıb, vam odda bişirilir, kəfi yığılır, 2-3 qr. döyülmüş zəfəran qarışdırılır və istifadə olunur. Hevya və limon şərbəti Həzmi gücləndirir, susuzluğu yatırdır, ishal, ürəkbulanma, mədə və qaraciyər ücün faydalıdır. Şirin heyva suyuna yarısı qədər limon suyu qatıb, eyni miqdarda şəkər əlavə edib, vam odda qaynadırlar. Bənövşə şərbəti Qızdırma, öskürək, qan təzyiqi ücün faydalıdır. Təzə bənövşəyə onun 1/3 hissəsi qədər su qatıb qaynadırlar. 1 hissəsi qalarkən, bənövşə miqdarında şəkər qatıb, qatılaşdırırlar. Bənövşə quru olarsa, 1 hissə bənövşə iki dəfə özü qədər şəkərlə bişirilir. Nanə şərbəti Mədəni qüvvətləndirir, ürəkbulanma, ishal və hıçqırmaya qarşı faydalıdır.