Qadin.NET / Sağlam və formada qalmaq üçün 3 şərt

Sağlam və formada qalmaq üçün 3 şərt

Səhər yeməyi üçün protein yeyin
Zülal; toxluq hissi verir, əzələləri gücləndirir və bədəninizi formada saxlayır. Səhər yeməyində yediyiniz  30 qram protein aclıq hissinin qarşısını alır və gün ərzində daha az karbohidrat, yağlı qəlyanaltılara zəmin hazırlayır. 

Tərəvəz 
Tərəvəzin çoxlarının sevimli yeməyi olmadığını çox yaxşı bilirik. Bununla birlikdə, mütəxəssislər hər yeməkdə tərəvəz yeməyi məsləhət görürlər. Omletlərinizə təzə otlar və ya tərəvəzlər əlavə edə bilərsiniz, salatlarınızı çeşidləndirə və ya tərəvəzləri qarışdırıb şirələrini içə bilərsiniz. Tərəvəz yeməyi vərdişə çevirdiyiniz zaman, fast food kimi zərərli qidalardan uzaq olacaqsınız.

Özünüzü sevdiyiniz yeməkdən məhrum etməyin
Zəngin köpüklü qəhvənizlə şokolad içmək istəyirsiniz? Yemək üçün bir hamburger sifariş etmək istəyirsiniz? Yaxşı bir paxlava xəyal edirsiniz? Sevdiyiniz qidaları həyatınızdan tamamilə kənarlaşdıraraq özünüzü bədbəxt etməyin. Çox yemək istəyirsinizsə, hissələrə diqqət yetirin və məşqlərə laqeyd yanaşmayın. Misal üçün; 2 paxlava əvəzinə yalnız birini yeyin və ya qəhvənizlə yemək üçün bir parça tünd şokolad götürün.

24 avqust 2020
GO BACK