Çəki Korreksiyası Klinikasının rəhbəri Aleksey Kovalkov piylənmənin səbəblərini açıqlayıb.
Qidalanma mütəxəssisinin sözlərinə görə, qış boyunca bir neçə kq kökəlmək obezlik deyil. Obezlik - bədəndə piy toxumasının 20% -dən çox artmasına deyilir:
“Bu xəstəlik tibbi problemlərin təsnifatına daxildir və onu həkim nəzarəti altında müalicə etmək lazımdır. Müntəzəm pəhrizlər sağlam və bir az dolu bədənli insanın forma almasına kömək edə bilər. Ancaq piylənmə varsa, heç bir pəhriz kömək etməyəcək.
Bu halda pəhriz yalnız zərər verə bilər. Pəhriz məhdudiyyətləri ilə ən yaxşı halda piylənməni bir müddət dayandırmaq mümkün olacaq. Aclıqdan sonra da obez insan itirilmiş çəkini yenidən tez qazanacaq”.
Həkim piylənmənin əsas səbəbinin altında hormonal pozğunluqların yatdığına inanır.
“Hormonal disbalans nəticəsində insanın yağ yandıran və yağ saxlayan hormonların tarazlığı pozulur. Xəstəliyin başlanğıcı genetik və bədəndə hormonal balanssızlıq yaradan bir sıra digər amillərdən qaynaqlana bilər. Müalicəsi mümkündür, lakin bu, həmişə həkim nəzarəti altında aparılmalıdır” ,- Kovalkov yekunda bildirib.
Aytən Məftun (publika.az)