Qadin.NET / Kökəlmək istəməyənlər üçün evdə hazırlaya biləcəyiniz 2 sağlam şirniyyat

Kökəlmək istəməyənlər üçün evdə hazırlaya biləcəyiniz 2 sağlam şirniyyat

Kakaolu Avokadolu pudinq

1 ədəd avokado

1 ədəd banan

kakao

Avokadonu və bananı kiçik parçalar halında doğrayın. Blenderdən keçirin. İçinə kakao əlavə edib qarışdırın. 2 kasa pudinq əldə etmiş olacaqsınız. Bunu təkcə bananla da hazırlaya bilərsiniz. İstəyə görə içinə bal və ya doşab əlavə edə bilərsiniz. Ancaq 1 kasaya 1 çay qaşığından artıq olmamalıdır.

Kakaolu Yulaf topları

1 yumurta

1 banan

3 yemək qaşığı laktozsuz süd

3 yemək qaşığı doşab

2 yemək qaşığı kakao

1 yemək qaşığı keçiboynuzu tozu

3 su stəkanı (240 qram) yulaf

Bananı yaxşıca əzin, yulafları blenderlə un halına salın. Bütün ərzaqları bir qaba qoyun, yoğurun. Yapışmayan qarışım əldə etdikdə qoz böyüklüyündə toplar hazırlayıb, yağlı kağıza düzün. 170 dərəcədə 15 dəqiqə bişirin.

29 iyul 2020
GO BACK