Qadin.NET / Karantin dövründə aldığınız çəkini atmaq üçün ...

Karantin dövründə aldığınız çəkini atmaq üçün ...

İlk əvvəl  sürətli yemək yeməyi dayandırın. Tikələrinizi yaxşı çeynəyin. Hər tikəni neçə dəfə çeynədiyinizi sayın. Ən idealı 15 dəfə çeynəməkdir. Axşam saatlarında yeyilən hər tikənin bədəndən atılması çətinləşir. 7dən sonra yeməməkdə fayda var. Xüsusilə, şirniyyatdan uzaq olun. 

Yediyiniz hər tikəni yazın. Yediklərinizi yazmaq 30%-ə qədər yeməyinizi azaldacaq. Amma özünüzü aldatmayın, hiyləsiz hər şeyi yazın. 2-3 gün ərzində yediyiniz miqdarın azaldığını görəcəksiniz.

Səhər oyananda 50 dəfə hoppanın. Bədənizdə qan dövranı canlanacaq. Plank edin. 5 dəqiqə belə xərcləmədən, bədəniz hərəkət etmiş olacaq.

Nəsə yemək istəyəndə, əvvəlcə biraz su için. Əksikliyini hiss etdiyiniz, yemək deyil su ola bilər. Metabolizmanın düzgün işləməsi üçün gündəlik 8 stəkan su için. Suyu içməkdə çətinlik çəkirsinizsə, içinə limon və nanə ata bilərsiniz. 

Yediyiniz yeməklərin qidalandırıcı dəyərinə baxın. 1 paket bisküvit yemək yerinə, 1 kasa gilas yeməyiniz daha faydalıdır. Arıqlamaq üçün özünüzə 1 həftəlik vaxt verin.




28 iyul 2020
GO BACK