Yayın ortasında detoksun ən əvəzedilməzi bədəni maye ilə canlandırmaqdır. İstilik və nəmin artması ilə bədənin daha çox suya ehtiyacı olduğunu unutmayın. Ən az 2-2,5 litr su içməyə diqqət edin. Suyun 1 litrinə 2-3 dilim limon, 1 ovuc cəfəri, 2-3 yarpaq nanə, 1 yemək qaşığı alma sirkəsi, 10 ədəd qaragilə və ya moruq əlavə edib, hər gün için.
Ədviyyatları yeməklərinizdən əksik etməyin
Yeməklərə rəng, qoxu və ləzzət qatan ədviyyatlardan istifadə edin. Qırmızı bibər, istiot, zərdəçal, cirə, sumaq, nanə və zəncəfil metabolizma üçün faydalıdır. Bu ədviyyat qarışımlarından qatığa, kefirə, tərəvəz yeməklərinə, salatlara, yumurtaya və ətlərin üstünə əlavə edə bilərsiniz. Yeməkləri dadlandırıb, dərini və bədəni təmizləyin.
İdman etməyi unutmayın
Yay ayları idman etmək üçün ideal hesab olunur. Fiziki fəaliyyət bədənin təmizləmək və gücləndirmək üçün vacibdir. Yürüyüş, rəqs, yoqa, pilates kimi idman növləri detoks təsiri yaradır.