Qadin.NET / Pəhrizinizə daha çox lif qatmağın yolları

Pəhrizinizə daha çox lif qatmağın yolları

Pəhrizinizə lif qatmağın yolları

1. Düzgün çərəzlər seçin

Adətən şəkərli və duzlu çərəzlərin yerinə lif tərkibi daha çox olan çərəzlərə üstünlük verin. Cips, keks yerinə tərəvəz çubuqlarına yer verin. Bundan əlavə chia toxumları, yulaf, qurumeyvələr lif baxımından zəngin sayılır.

2. Tərəvəzləri yeməyin şahına çevirin

Tərəvəzlər liflə zəngindir. Sadəcə lif deyil, tərəvəzlər bir çox faydalı maddə ilə zəngindir. Hər yeməyə tərəvəz əlavə edin.

3. Meyvələri unutmayın

Tərəvəzlər kimi meyvə də lif baxımından zəngindir. Axşamları meyvə yeyə bilərsiniz. Təzə meyvə, bədənin ehtiyacı olan qidadır. Meyvə suları lifli olmadığı üçün meyvə özünü yeməkdə fayda var.

8 iyul 2020
GO BACK