Qadin.NET / Detoks təsiri yaradan içkilər

Detoks təsiri yaradan içkilər

Yaşıl detoks

Hər səhər səhər yeməyində içərək bədəndəki toksinlərdən xilas ola bilərsiniz.

1 sap kərəviz

1 ədəd banan

cəfəri

50 qram göyərti (kahı və b.)

100 ml soyuq su

200 ml portağal suyu

buz kubları

Kərəviz saplarını və bananı doğrayın. Cəfərini əlinizlə yarpaqlarına ayırın.

Göyərtiləri, bananı, kərəvizi, cəfərini, soyuq su və portağal suyunu mikserlə qarışdırın.

Bütün ərzaqları 2-3 dəqiqə qarışdırın. Servis edərkən buz kublarını stəkanın içinə əlavə edə bilərsiniz.

Şaftalı detoksu

Şaftalı bağırsaqlarda yığılan toksinləri atır. 

6 ədəd badam

1 stəkan süd

4 ədəd şaftalı

1 çay qaşığı vanil

1 yemək qaşığı bal

Südə badamı əlavə edin və 4 saat saxlayın. Şaftalını yuyun və çəyirdəklərini çıxarın. Bütün ərzaqları blenderdə 1 dəqiqə qarışdırın. 8 gün ərzində səhər yeməyində yeyin.

23 iyun 2020
GO BACK