Arıqlamaq üçün müxtəlif cür pəhrizlər etdiniz, idman etməyi sınadınız amma istədiyiniz kiloya sahib ola bilmədinizmi? Təlaşlanmayın. İdman salonuna getməzdən və ya dəli kimi pəhriz etmədən da çəki verməyin yolları var. Gündəlik həyatınızda edəcəyiniz kiçik dəyişikliklər, bəlkə də böyük bir problemin həlli olacaq. Arıqlama məsələsinə ən başından başlamağın tam zamanıdır.
Doğru nəfəs
Gimnastikada əsas qayda doğru nəfəs almaqdır. Sinənizlə deyil mədənizlə nəfəs almağı öyrənsəniz, incə bel və sıx qarın əzələlərinə da sahib ola bilərsiniz.
İsti - soyuq duş
Bu üsul olduqca sadədir. Duşun sonunda əvvəl 40 saniyə soyuq su ilə, daha sonra 3-4 dəqiqə isti su ilə yuyunun. Bu duş, kilo verməyinizi təmin etməklə yanaşı, eyni zamanda, aritmiya, köklük, hipertoniya və sellülit kimi narahatlıqlara da yaxşı gəlir.
Masaj
Artıq çəki ilə mübarizədə masajın rolu böyükdür. Xüsusilə, bal ilə edilən sıxlaşdırma masajları, yağları parçalamağa kömək edir. Qan dövranını normallaşdırır və bağırsaq hərəkətlərini artırır. Bu cür masajları həm evinizdə həm də masaj mərkəzlərində edə bilərsiniz. Burada əhəmiyyətli olan masajın sistematik olaraq mütəmadi keçirilməsidir.