Qadin.NET / 10 dəqiqədə 100 kalori yandırmağın yolları

10 dəqiqədə 100 kalori yandırmağın yolları

Artıq çəki problemi yaşayan və onlardan azad olmaq istəyənlər qida miqdarını normal miqdara salmaqla yanaşı məşqlər etməlidirlər. Mütəxəssislər qeyd edirlər ki, tək pəhrizlə arıqlamaq mümkündür, amma məşqlər edilmədiyi təqdirdə bu çəkilər sonradan asanlıqla yenidən bərpa edilir. Qısa müddət ərzində məşq edərək kalori yandırmaq istəyirsinizsə, o zaman xəbərimizi diqqətlə oxuyun.

10 dəqiqədə 100 kalori yandırmağın yolları

Sprinter qaçış

Saatda 13 km sürətlə qaçmaq olduqca çətindir. Ancaq bunu bacardığınız zaman 10 dəqiqə ərzində 117 kalori yandırarsınız. Əgər bunu edə biləcək gücünüz və enerjiniz yoxdursa, sizə tövsiyəmiz daha qısa zaman aralıqlarıyla və daha sürətli bir temp ilə qaçmanızdır.

1-2 dəqiqə ərzində qaçış tempinizi maksimuma çatdırıb sonra yavaşlayıb yenidən sürətləndirə bilərsiniz.

10 dəqiqədə 100 kalori yandırmağın yolları

İpdən tullanmaq

10 dəqiqə ərzində dayanmadan ipdən tullanmaq ciddi mənada çətin bir məşqdir, amma 10 dəqiqə boyunca ipdən tullandığınız zaman təxmini olaraq 87 kalori yandırarsınız. Bunu daha əyləncəli bir hala gətirə bilmək üçün hər səfərində bir hədəf təsdiq edib özünüzü bu rəqəmə çatmaq üçün məcbur etməlisiniz.

10 dəqiqədə 100 kalori yandırmağın yolları

Volesiped sürmək

Saatda ortalama 24 km sürətlə volesibeti 10 dəqiqə boyunca sürdüyünüz zaman 92 kalori yandırarsınız. Bu rəqəmlər düz yolda sürdüyünüz halda özünü doğruldar.  Velosiped həvəskarları üçün çox gözəl bir məşqdir.

10 dəqiqədə 100 kalori yandırmağın yolları

Sprinter qaçış və jim hərəkəti

Bu iki məşqi birləşdirməyiniz daha artıq çəki azaltmağınıza kömək edəcək. Hər ikisini bir dəqiqə ərzində bir-birinin ardınca edin. Bu zaman 10 dəqiqə ərzində 130 kalori yandırmış olacaqsınız.

4 noyabr 2014
GO BACK