Formada olmağa çalışarkən xəstəxanaya düşməyin. Yayın yaxınlaşmasıyla birlikdə bir çox adam formaya düşmək və ya artıq çəkidən xilas olmaq arzusunda olur.
Kifayət qədər məlumatı olmadan alacağınız yanlış məhsullar sizi nəinki formaya salmaz, hətta xəstə edə bilər. Buna görə də arıqlamaq üçün həkim, dietoloq və əczaçının təklif etmədiyi dərmanlardan istifadə etməyin.
Formaya düşmək üçün qadın-kişi ayrı-seçkiliyi qalmayıb
Yaz və yay mövsümünün əvvəli formaya düşmə, arıqlama və pəhriz mövzusunda insanalrın ən çox hərəkətə keçdiyi dövr kimi önə çıxır. Arıqlamaq üçün əvvəllər qadınlar daha çox səy göstərirdi. Artıq bu mövzuda ayrı-seçkilik qalmayıb, kişilər də ən azı qadınlar qədər formalarını qorumaq üçün səy göstərir.
Dərmanlar Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş olmalıdır
Hazırda tez nəticə almaq adı ilə arıqlama və pəhriz haqqında məlumatlarla bir çox yanlış məhsuldan istifadə etmə, ya da doğru məhsulun yanlış dozada qəbul edilməsi halları artıb. Təəssüf ki, insanları yanlış yola yönləndirən bir çox məhsul vardır. Ancaq bu işlə zarafat etmək olmaz. Bu məhsullar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arıqlamağa çalışarkən, xəstəxanaya düşə bilərsiniz. Buna görə də həkim və əczaçınınməsləhət görmədiyi heç bir məhsuldan istifadə etməyin. Həm də məhsullarda mütləq Səhiyyə Nazirliyinin təsdiqi olmalıdır.
Möcüzəvi həlli yoxdur
Havaların istiləşməsiylə əczaxanalarda yağ yandıran, maddələr mübadiləsini tənzimləyən, şişkinliyi azaldan məhsullar və arıqlama çaylarına maraq artır. Amma arıqlama mövzusunda möcüzəvi bir həll yoxdur. Nə alınırsa, mütləq doğru dozada alınmalıdır. Bədən bir anda ağır yük altına salınmamalıdır. Əvvəlcə hərəkətli həyat və balanslı qidalanma təklif edilir. Bundan əlavə, arıqlayarkən həkim, dietoloq və əczaçıyla məsləhətləşməyiniz düzgün olar.