Qadin.NET / Vegeterianlıq nədir?

Vegeterianlıq nədir?

Vegeterianlıq nədir?

"Vegetarian" sözünün mənası latıncadan tərcümədə "sağlam, gümrah, möhkəm" deməkdir. Deməli, vegetarian olmaq ruhi və fiziki cəhətdən inkişaf etmək deməkdir.
Vegetarianlıq sadəcə pəhriz demək deyil. Bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir. Vegetarianlar "əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli" həqiqətini anlamış insanlardır.
Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar. Əgər bu həqiqətə şübhə ilə yanaşan varsa, onda qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusu ilə tanış olmağa dəyər: Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrovski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Jan Jak Russo, Lamartin, Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn... Siyahını kifayət qədər uzatmaq olar.

Vegeterianlıq nədir?

Bəs, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər. Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97 faizinin qarşısı alınır.
Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Araşdırmalara görə, ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır.

Vegeterianlıq nədir?

Adi müşahidələr göstərir ki, vegeterianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük verirlər.

1 sentyabr 2013
GO BACK