Son zamanlar xanımlar arasında gözəllik mütəxəssislərinin aparat kosmetologiyasında inqilab adlandırdıqları prosedurdan istifadə halları artıb. Bu, liposonikslə arıqlama üsuludur. Bu üsul sayəsində artıq piylərdən tez bir zamanda azad ola bilərsiniz.
Liposoniks nədir?
Liposoniks əməliyyatsız yağ yandırma müalicəsidir. Ultrasəs enerjisi ilə yağları birdəfəlik yox edir. Yüksək ultrasəs enerjisindən gələn şüalar müəyyən bölgəyə enerji verərək yağ toxumasında incə dəliklər açır. Bölgədəki yağlar tək bir seansla birdəfəlik yox edilə bilər.
Qarın və bel bölgəsindəki yağlar üçün seans 1 saat davam edir.
Proses necə baş verir?
Liposoniks aparatı gözəllik mütəxəssisinin müəyyən etdiyi gərginliyə nizamlanır. Daha sonra ultrasəs dalğası bədənin müəyyən hissəsinə yönəldilir. Həmin hissədə yağ toxumasının 65 dərəcəyədək qızdırılması prosesi baş verir. Bunun nəticəsində yağ toxumaları heç bir iz qoymadan ani olaraq yandırılır. Bununla yanaşı, sıxlaşma və dərinin üst qatlarının dartılması baş verir.
Nəticələri necədir?
Nəticə insandan-insana dəyişir. Araşdırmalar bu müalicəyə müraciət edənlərdə təxminən 2,5 sm-lik arıqlama olduğunu müəyyən etmişdir. Sağlam həyata davam etmək və idmanla məşğul olmaq nəticələri maksimuma çatdırır. 6 həftə ərzində gözlə görülən dəyişiklik fərq edilir.
Müalicədən sonra nələrə diqqət edilməlidir?
Müalicə əməliyyat olmadığı üçün gündəlik işlərinizə davam edə bilərsiniz. Ancaq müalicədən sonrakı il çəkinin artmamasına diqqət yetirilməlidir.
Əks təsirləri varmı?