Qadin.NET / Təcili arıqlamaq üçün

Təcili arıqlamaq üçün

Hər hansı bir fəaliyyət üçün təcili olaraq kilo verməniz lazımdırsa, dərhal başlasanız yaxşı olar. Siz özünüzü fərdi olaraq mükəmməl bir bədənə sahib olduğunuzu düşünə bilərsiniz. Ancaq kilo verməniz lazımdırsa bunu gözardı etməməlisiniz. Kilo verərkən 10 il əvvəlki kilonuza dönməniz lazım deyil. Özünüzü ola bilməyəcəyiniz bir kiloda xəyal etməyin. Özünüzü bilin, məntiqli, optimist və hədəflərinizi həqiqət içərisində qiymətləndirin. Beləcə hər hansı bir səhvə yol verməzsiniz. İlk edəcəyiniz şey özünüzü qatılacağınız fəaliyyət üçün nə qədər zamanınız olduğuna baxmaq və zəifləmə hədəfinizə fokuslanmaq.

Təcili arıqlamaq üçün

Ehtiyacınız olanlar

a) Bir tarix
b) Plan / proqram
c) Birinin dəstəyi və ya köməyi

a) Tarix

Hazırlanacağınız fəaliyyətin tarixi müəyyəndir. Tarixə görə çox doğru hərəkət edə bilərsiniz. Siz əlinizdən gələn hazırlığı edin ancaq nə qədər kilo verməniz lazım olduğunu düşünməyin. Bu mövzudakı ən yaxşı performansınızı nümayiş etdirin və özünüzü mükafatlandırın. Edə bildiyiniz qədərini etməniz hər vaxt daha yaxşıdır.

b) Plan və proqram

Özünüzə ən az 21 gün verin. Özünüzə görə bir məşq proqramı təyin edin. Edə bilirsinizsə həftədə 5 dəfə, 2 gün 10-15 dəqiqə, 2 gün 30-45 dəqiqə (gediş, velosiped çevirmək və yoqa edə bilərsiniz) və 1 gün 60-90 dəqiqə məşq edin. Gündə 3 və ya 4 dəfə daha əvvəldən təyin etdiyiniz yeməklərlə qidalanın. Bu ilk başda çətin ola bilər ancaq məntiqli olun. Yemək aralarında nə qədər aç olsanız da yeməyin, bu sizin zərərinizə olacaq. Şəkərli, qızarmış yeməklər yeməyin. Şəkərli içkilər içməyin.

Təcili arıqlamaq üçün

c) Dəstək

Bütün bunları sizinlə birlikdə edəcək bir yoldaş əldə edin. Özünüzü və bir-birinizi nəzarət edin. Bu sizin hədəfinizə doğru daha rahat, həqiqi və motivasiya olaraq irəliləmənizi təmin edəcək.

Tətbiq etsəniz nəticə mükəmməl ola bilər!

Sonunda əgər bütün bu ev tapşırığınızı doğru və fasiləsiz etsəniz hədəfinizə çatarsınız. Bu sizin mükafatınız! Unutmamanız lazım olan tək şey 21 gün qidalanmanızı yenidən nəzərdən keçirmək və  nizamlı məşq etmək. Əgər formanızı fəaliyyətdən sonra da qorumaq istəyirsinizsə yuxarıda qeyd olunanları diqqətdə saxlamanız gərəkdir. 

29 iyun 2013
GO BACK