Üzüm yarpaqlarını dəmləyib içmək olar. Xüsusilə, Abşeronun ağ şanı növ üzümünün yarpaqları.
Üzüm yarpaqları mədə qişasını sakitləşdirir, təmizləyir, bərpa edir, bağırsaqlardan toksinləri atır, baş ağrısında faydalıdır və həm də arıqladır.
4-5 ədəd təzə yarpaqlarını doğrayıb 1 litr suda, orta odda 15 dəqiqə qaynadın.
Sonra soyudub süzün, gün ərzində bunu hər yeməkdən sonra bir kiçik fincan olmaqla için.