Qadin.NET / Çox yeyərək arıqlamaq üçün...

Çox yeyərək arıqlamaq üçün...

 

1. Mütləq səhər yeməyi

Əgər sağlam formada arıqlamaq istəyirsinizsə, günə səhər yeməyi ilə başlayın. Səhər yeməyi vacibdir. Günə enerjili başlamağınıza kömək edər və metabolizmanı sürətləndirər. Taxıl çörəyi və pendirlə, göyərti ilə sağlam sendviç hazırlaya bilərsiniz. Səhər yeməyinin kaloriyasından qorxmağa ehtiyac yoxdur.

 

Çox yeyərək arıqlamaq üçün...

 

 

2. Ara yeməklər

Ara yeməklər qan şəkərini nizamlamağa kömək edir. Ara yeməkləri ötürdükdə daha çox aclıq hiss edəcəksiniz. Ara yemək olaraq quru meyvələrdən, bitter şokoladdan, meyvələrdən istifadə edə bilərsiniz.

Çox yeyərək arıqlamaq üçün...

 

3. Nizamlı qidalanın

Hər insan kimi sizin də ürəyiniz kalorili qidalardan istəyə bilər. Diqqət etməli olduğunuz tək şey yediyiniz kalorili qidaları nizamlamaqdır. Günorta yeməyində pizza və ya makaron yemək istəyə bilərsiniz. Bu seçimlərinizi ilk əvvəl sağlam hala gətirin. Kəpəkli undan hazırlanmış, tərəvəzli pizza və ya pomidor souslu kəpəkli makarondan istifadə edin. 

Çox yeyərək arıqlamaq üçün...

 

4. İdmanı vərdişə çevirin

Təkcə arıqlamaq yox, sağlam həyata sahib olmaq üçün idmana ehtiyac var. Gündəlik olaraq yeməli olduğunuz kaloridən daha az kalori qəbulu arıqlamağınıza səbəb olar. Amma ac qalmaq düzgün seçim olmaya bilər. Bədənizin ehtiyacı olan qidaları sağlam olmaq üçün yeməlisiniz. Bədənin ehtiyacı olan qidaları təmin etdikdən sonra idman edin. Hər gün 1 saat yürüşə çıxın. Təxmini 300 kalori yandırmış olacaqsınız. 

Çox yeyərək arıqlamaq üçün...

27 oktyabr 2019
GO BACK