Pəhriz saxlayanların istifadə etdiyi dadlandırıcıların çəki azaltmaqda faydası varmı? Doktor Ayça Qaya dadlandırıcıların çəki azaltmanı dayandırdığını həttaçəkinin artmasına səbəb olmasını deyib və səbəbini açıqlayıb. İndiki vaxtda artıq çəki problemi çox yayıldığından hamı daha az enerji dəyəri olan yemək və içkilərə meyl edir.Demək olar hər gün yeni-yeni aşağı kalorili pəhriz məhsulları market rəflərini bəzəyir.Doktor Ayça Qaya pəhriz məhsulları və dadlandırıcılar ilə əlaqədar bu məlumatları verib:
Köklüyün bu qədər məşhur olmasının ən böyük səbəblərindən biri,şəkərin gündəlik həyatımıza girməsi oldu.Elm insanları şəkərdən imtina etmək istəməyən bununla yanaşı şəkərin kalorisini bədəninə almaq istəməyənlər üçün dadlandırıcıları icad etdilər. Dadlandırıcılar həm şəkər, həm də arıqlamaq istəyənlər üçün baş tacı oldu. İnsanlar bu dadlandırıcıları çay, kofe və şirniyyatda çəkinmədən istifadə etdilər. Bir çox pəhriz məhsullarının xammalı oldu.Hətta o qədər həyatımıza girdi ki, uşaq qidası olan siroplarda belə istifadə edildi.
Texnologiyanın inkişafı insan yaşayışını asanlaşdırsa da, qədimdə çox nadir halda görünən xəstəliklərin ortaya çıxmasına səbəb oldu. Vəziyyətin belə hal alması yeni vərdişləri araşdırmağa başlanıldı ki, dadlandırıcı da bu vərdişlərdən biri idi.
Son vaxtlar elm adamlarını narahat edən suallardan biri də həqiqətənmi dadlandırıcılar çəkini azaltmaqda təsirlidir? Bəli, qan şəkərini yüksəltmədiyi üçün şəkər xəstələrinə məsləhət görülür,həqiqətən kalori dəyəri sıfırdır. Amma bu məhsulları istifadə edənlər az yemələrinə baxmayaraq çox çəki itgisi görülmür. Bu çaşdırıcı faktın nədən belə olduğu ilə aparılan araşdırmalarda əslində dadlandırıcıların çəkini azaltmağı dayandırdığı, hətta çəkinin artmasına səbəb olduğu ortaya çıxdı.
Dadlandırıcıarın çəkinin artması səbəbini iki şəkildə olduğunu düşünürlər.Birincisi yeməklə birlikdə dadlandırıcı əlavə olunmuş içkidən istifadə edilməsidir ki, bu adamın iştahasını açır və daha çox yeməsinə səbəb olur.
İki qrup arasında müşahidə aparılraq yemək vaxt birinci qrupa tərkibində şəkər olmayan sadə meyvəli qatıq,o birinə isə dadlandırıcı əlavə olunmuş meyvəli qatıq verilir. Dadlandırıcı əlavə olunmuş meyvəli qatıq verilən qrupun yemək vaxtının daha uzun olduğu və miqdar olaraq da bu qrupun daha çox yediyi görülür.
Tətbiq olunan başqa bir araşdırmada dadlandırıcıların bağırsaqda "qlikoz sensörlərini" yəni şəkərə həssas hüceyrələri aktiv etdiyi və bədənə yeməklərlə alınan şəkərin bədən tərəfindən daha çox yığıldığı göstərildi.
Bir çoxumuzun dadını sevdiyimiz üçün deyil, şəkərimizi ya da çəkimizi azaltmaq üçün istifadə etdiyi dadlandırıcıların, artıq o qədər də təsirli olmadığını bilirik. Yeni aparılan araşdırmalar nəticəsində, çəki azaltmaq üçün istifadə etdiyimiz və sağlamlıq üzərinə bu qədər mənfi təsiri olduğunu bildiyimiz dadlandırıcıları yenə də istifadə etməkdə israr etməyimizə gərək qalmadığını görürük.