Panelopa Kruz 2011-ci ildə oğlu Leo dünyaya gəldikdən sonra hamiləlik çəkilərindən Aralıq dənizi pəhrizi sayəsində xilas olduğunu etiraf edib.
Məşhur Amerika televiziya aparıcısı Syuzan Luççinin həyat yoldaşı ürək ritmləri ilə əlaqədar problemlər yaşandıqdan sonra 2010-cu ildə bu pəhrizi sınayıb. Onun sözlərinə görə, pəhrizin sayəsində ərinin səhhəti xeyli yaxşılaşıb:“Bütün ailə olaraq bu pəhrizə əməl etməyə başladıq. Bu, çox sağlam qidalanma növüdür. Ərim zeytunlu kələm salatını sevmir, lakin çox faydalı olduğu üçün yeməyə məcbur edirəm. Evimizdə həmişə təzə balıq və göyərti olur".Aralıq dənizi pəhrizini təşkil edən qidalar ürək üçün həqiqətən çox faydalıdır. Mayo Klinikasının məlumatlarına görə, pəhriz arteriya divarlarına yerləşmiş pis xolesterin səviyyəsini azaldır.Bir neçə ildir Selena Qomez immun sisteminin ciddi şəkildə zəifləməsi ilə mübarizə aparır. Həkimlər deyir ki, düzgün seçilmiş pəhriz və məşqlərin köməyi ilə simptomların qarşısını almaq mümkündür. Artıq Aralıq dənizi pəhrizinə başladıqdan sonra Qomez daha yaxşılaşdı.
2016-cı ildə ekranlara çıxan “Cloverfield Lane 10” filminə baxanlar baş ifaçısı Con Qudmanın hər zamankından daha arıq göründüyünü hiss etməmiş olmaz. Buna necə nail olub? Onun sözlərinə görə, film üçün 45 kq arıqlayıb və Aralıq dənizi pəhrizi sayəsində özünü yaxşı hiss edib.Aktrisa Kameron Diaz 2016-cı ildə "Bədən haqqında kitab"ın da mütəmadi olaraq idmanla məşğul olması və Aralıq dənizi pəhrizi saxladığı barədə danışıb.
Əgər yaz və yay aylarına indidən hazırlaşır və arıqlamaq istəyirsinizsə, Aralıq dənizi pəhrizini sınamağa dəyər. Bu pəhriz arıqlatmaqla yanaşı bir çox xəstəliklərin inkişaf etdirilməsi riskini azaldır və səhhəti yaxşılaşdırır.
Aytən Məftun