Qadin.NET / Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki

Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki

 

Qarın və bel yağlarını yandırmaq olduqca çətindir. Bu asanlıqla yağlanır. İdmanla yanaşı içə biləcəyiniz bu içki yağları yandırmağa kömək edəcək.

Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki

Tərkibi:

 

2 litr su

1 limon 

1 orta boy xiyar

2 y/q sürtgəcdən keçirilmiş zəncəfil

10 ədəd nanə yarpağı

Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki

 

Hazırlanması:

 

İlk əvvəl, 10 ədəd nanə yarpağını yarım litr suda qaynadın və 5 dəqiqə dəmləyin. Sonra limon qabığını sürtgəcdən keçirin və limonun da suyunu sıxın. Limon suyu və sürtgəcdən keçirilmiş qabığı dəmlənən nanə suyuna əlavə edin.

Xiyarı soyub əzdikdən sonra qarışıma əlavə edin. Qalan suyu və zəncəfili də qarışdırın. 

Hazırladığınız içkini gün ərzində su yerinə içə bilərsiniz, eyni zaman yemək aralarında istifadə edə bilərsiniz.

Qarın bölgəsindəki şişlikdən xilas olmaq üçün içki

Qeyd: Əlavə təsirlə qarşılaşmamaq üçün həkimlə məsləhətləşin.

 

29 avqust 2018
GO BACK