Qurban bayramında həm ət yeməkləri, həm də şirniyyat bol-bol hazırlanır. Bayram sonrası isə artıq çəkidən şikayət başlayır. Verdiyimiz tövsiyələrlə bayramda artıq çəki almaya bilərsiniz.
Qırmızı ət protein baxımından zəngin olmasından əlavə xolestrol səviyyəsi yüksək olan qidadır. Buna görə diqqətli qidalanmaq lazımdır.
Bayramda qonaq gedərkən, mütləq qarşınıza yeməklər qoyulur. Sadəcə dadına baxın və kiçik porsiyalar istəyin.
Şərbətli şirniyyat yedinizsə, meyvə və qatıq yeməyə çalışın.
Ətləri qızartmaq yerinə qaynadaraq C vitamini ilə zəngin tərəvəzlərlə birlikdə yeyin.
Qurban bayramı ərzində həzm sistemini yaxşı işləməsi üçün gün ərzində 8 fincan su için.
Qazlı içkilərin yerinə ayran için.