Qadin.NET / İştahı azaldan qidalar

İştahı azaldan qidalar

Yumurta

Səhər yeməyinin əvəz edilməzidir. Yumurta proteindən ibarətdir və toxluq hissi yaradır. İki incə dilim çörək, az miqdar yağsız pendir və bir ədəd qaynadılmış yumurta ilə səhər yeməyi, bütün günü tox hiss etməyinizə səbəb olacaq.

Xolestrol ancaq yumurtanın sarısında var, bunun yarıdan azı bağırsaqlardan əmilir. Amma qaynadılmış yumurtadan danışdığımızı unutmayın.

İştahı azaldan qidalar
 

 

Paxlalılar

Kaliforniya Universitetində aparılan araşdırmalara görə, paxlalılar fəsiləsindən olan noxud, mərci, lobya kimi qidalar qan şəkərini azca artıraraq toxluq hissi yaradır. Mümkün olduğu qədər az yağda bişirin. Zeytun yağı ilə bişirmək daha çox məqsədə uyğundur.

İştahı azaldan qidalar

 

Armud, heyva və alma

Armudda, heyvada və almada şəkəri aşağı salan xüsusi maddələr var. Armuddakı və heyvadakı lif miqdarı almadan çoxdur. Orta boy armudla gün ərzində tox hiss edə bilərsiniz. Amma bərk armudlara üstünlük vermək lazımdır. 

İştahı azaldan qidalar

13 avqust 2018
GO BACK