Qadin.NET / Korset istifadəsi arıqlamağa kömək edirmi?

Korset istifadəsi arıqlamağa kömək edirmi?

 

Bir çox qadının artıq çəkini gizlətək üçün istifadə etdiyi korsetlər, arıqlamağa kömək edirmi? Korset istifadə edərək beli kiçiltmək olarmı?

Korset istifadəsi arıqlamağa kömək edirmi?

Korset bədəni sıxaraq bir ölçü kiçik görünməyinizə səbəb ola bilər. Ancaq bu hal korseti çıxartdığınızda keçər və bədəniniz əvvəlki halına qayıdar. Buna görə də arıqlamağa bir xeyri olmayan korset, yağ yandırmaz və arıqlamağa kömək etməz. Sadəcə illuziya yaradar.

Korset istifadəsi arıqlamağa kömək edirmi?

Yemək yeyərkən korset istifadə etmək, mədənizin sıxılmasına və daha az yeməyinizə səbəb ola bilir. Bu baxımdan korset, qısa müddətli çəki atmağa kömək edə bilər. Ancaq bu çəkini qorumaq üçün böyük iradə lazımdır.

Korset istifadəsi arıqlamağa kömək edirmi?

Korset sağlamlığa zərərlidirmi?

Korset istifadə edərkən diqqət etməli olduğunuz ən vacib nöqtə, uzun müddət taxmamaqdır. Bədənizə keçici olaraq gözəllik verən korset, qalıcı sağlamlıq problemlərinə yol aça bilir. Korset qarın və ətrafındakı yağları yandırmağa kömək etməz, amma uzun müddət istifadə etdikdə forma dəyişdirməyə kömək edər. Ancaq qarın içi orqanların ətrafında olan yağlar bir çox xəstəliklərə səbəb yarada bilər. Buna görə də, korsetdən uzun müddət istifadə etmək düzgün deyil.

 

 

 

 

28 iyun 2018
GO BACK