1. Səhər yeməyi yeyin
Səhər yeməyi günün ən əsas yeməyidir. Həzm sistemini hərəkətə keçirir.
2. Nizamlı qidalanın
Rejimlə qidalanın. Yemək yeyəcəyiniz saatları əvvəlcədən bilin. Müəyyənləşdirdiyiniz vaxtdan tez yemək yeməyin.
3. Ara yemək vərdişi qazanın
Xüsusilə, günorta yeməyi və axşam yeməyi arasında yeyəcəyiniz yemək sizi xilas edəcək. Bu yeməkdə minik sendvic, südü qəhvənin yanında meyvə, yulaflı qatıq, badam və xurma kimi alternativləraxşam yeməyində az yeməyinizə səbəb olacaq.
4. Nizmalı yatın
Gün ərzində istehsal olunan hormon balansı üçün yuxu olduqca vacibdir. Neçə saat yuxuya ehtiyac olduğunuzu tapın.
5. Su için
Gün ərzində 8-12 fincan su için. Bir dəfəyə 1 litr içmək yerinə, fincanları saatlara bölərək için. Beləliklə aclıq və susuzluğu qarışdırmayacaqsınız. Havalar isindikcə itirdiyiniz mayeni qəbul edərək balansı yaradın.
6. Fəaliyyətlərinizi artırın
Daha yaxşı və sürətli işləyən metabolizma üçün aktiv olmaq şərtdir. Evə yeriyərək getmək, qısa masələrdə maşın yerinə idman ayaqqabıları istifadə etmək, yürüş ilə yorğunluq atmaq fiquranızı qorumağa kömək edəcək.