Sizdə isti şokoladı sevənlərdənsinizmi? Əgər elədirsə, sizlərə çəkinizi artırmayan isti şokolad resepti təqdim edirik. 1 stəkan isti şokolad cəmi 300 kaloeiyadır. Qış aylarının təsiri ilə insanlara serotinin ifrazının aşağı olması kədərə və daha çox yemək yeməyə səbəb olur. Gündə bir stəkan isti şokolad istifadəsi zərərsiz olsa da sayını artırmaq artıq çəki almağa səbəb ola bilir. Buna görə ürəyiniz daha çox isti şokolad istəsə özünüzü süd ilə aldada bilərsiniz.
Tərkibi:
200 ml normal süd
1 ədəd quru xurma (tumu çıxardılmış, suda saxladılmış)
1 y/q çiy kakao
1 ç/q ucu toz zəncəfil
Hazırlanması:
Tumu təmizlənmiş xurmaları suda 5-10 dəqiq saxlayın. Ardından bütün tərkibi blenderdən keçirin və qaynadın. Üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz. Nuş olsun!