Yağ əridən zəncəfilli içki
Tərkibi:
1 az təzə zəncəfil
1 ədəd limon
1-2 ədəd xiyar
1-2 dəstə cəfəri
Yarım stəkan su
İlk olaraq cəfəriləri incə doğrayın və xiyarları doğrayın. Qalan bütün tərkibi də əlavə edərək blenderdən keçirin, yumşaq və hamar hala gətirin. İstəyinizə görə bir az bal əlavə edə bilərsiniz. Yatmadan əvvəl içməyinizi tövsiyə edirik.
Cəfəri ilə yağ əridən içki
Tərkibi:
2 y/q limon suyu
yarım dəstə cəfəri
1/2 stəkan su
Tərkibi blenderdən keçirin. Qida dəyərini itirməməsi üçün hazırlandığı zaman içməyinizi tövsiyə edirik. Hər gün səhər və axşam yarım stəkan için. Gündə 1 stəkan həftədə 2 kq verməyinizə dəstək olacaq.
Qəhvə, süd və darçın
1 stəkan süd
1 ədəd çubuq darçın
1 ç/q klassik qəhvə
Süd mütləq gecədə hazırlanmalıdır. Gecədən südün içərisinə çubuq darçını qoyub qaynadın. Darçın özünü südə buraxacaqdır. Səhər südü yenidən isidin. Qəhvəni əlavə edib qarışdırın. Ən az 1 həftə nizamlı şəkildə içməyiniz lazımdır və mütləq qəhvə ilə birlikdə bol su için.