Yaza artıq çəkilərinizdən xilas olmuş şəkildə başlamaq istəyirsiniz, yeməklər arası atışdırmalardan uzaq durmalısınız. Bəs bu necə olacaq?
Əlinizin altın sağlam qidalar sağlayın
Qida alış-verişindən qayıtdıqdan sonra meyvə və tərəvəzləri bir kənara qoyun. Bunları yeməyə hazır olacaq şəkildə doğrayıb, saxlama qablarına qoyun. Kim bilir neçə dəfə bu cür qidaları xarab olduğu üçün atmısınınız. Kimsənin kəsməyə və ya doğramaya vaxtı olmadığından bu tərəvəz və meyvələrə heç əl vurulmayıb. Alış-verişdən sonra 20 dəqiqənizi buna ayırın. Görəcəksiniz ki, qısa zamanda bu qidalardan istifadə etmiş olacaqsınız.
Böyük miqdarda yemək hazırlayın
Yeyə biləcəyiniz qədər yeməyi ayırıb geri qalanını dondurun. Toyuğu qaynadıb dondurun, beləcə salatınıza hər zaman əlavə edə bilərsiniz. Ayrıca, bol şorba bişirib dondura bilərsiniz və hər an əlinizin altında hazır yemək olar.
Səhər yeməyini ötürməyin
Xüsusilə, uşaqlarınız səhər yeməyini yemədən məktəbə getməsin. Araşdırmaya görə səhər yeməyi uşaqların enerjisini artırır.