Göbək hissəsindəki yağlardan xilas olmaq üçün gündə 2 dəfə bu 2 dəqiqəlik masajı etməyiniz lazımdır. Göbəyin iç hissəsinə təsir edən bu masaj təmizləyir, detoks təsiri yaradır və göbəkdəki yağları əridir. Təbii ki, təkcə masaj kafi deyil. Qidalanmanıza da diqqət etməlisiniz.
2 dəqiqəlik göbək əritmə masajı necə edilir?
1. Düz bir yerdə arxası üstə uzanın.
2. Əllərinizi isidənə qədər bir-birinə sürtün.
3. Əllərinizdən birini göbək dəliyinə düz bir şəkildə qoyun.
4. Kiçik, yuvarlaq, saat istiqamətində hərəkətlərlə göbək dəliyinizin ətrafını masaj edin. Dairələri get-gedə böyüdün. Hər dairə 1-2 saniyənizi almalıdır.
5. Qarın bölgənizdə yaranan istiliyə diqqət edin.
6. 2 dəqiqə bu masajı davam etdirin.
Bu masajı səhər yeməkdən əvvəl və gecə yatmamışdan əvvəl edin. 2 dəqiqəlik masaj sadəcə göbəyinizdəki yağları əritməklə qalmayacaq eyni zamanda həzmi tezləşdirəcək, maddələr mübadiləsini hərkətə gətirəcək və qan dövranını artıracaqdır.
Aşağıdakı vəziyyətlərdə bu masajdan uzaq durun:
Yemək yedikdən sonra,
Öd kisəsi, böyrək və ya sidik kisəsində daş varsa,
Yüksək təzyiq varsa,
Hamiləsinizsə,
Qasıq yırtığı varsa,
Bağırsağınızda və ya mədənizdə yara varsa,
Sidik kisənizdə, bətndə, yumurtalıq və ya yumurtalıq borusunda iltihab varsa.