Gözəl sənətçinin üç uşaq anası olmasına hələ də heç kim inana bilmir.50 yaşını salamlaması isə təəccüb doğurmaya bilməz.Bəs Madonna belə gözəl formada qalmağı necə bacarır?
Sənətçi xanımım sınamadığı pəhriz və fitnes növü qalmayıb.Fantastik iradəsi və həyat gücü müğənniyə həmişə kömək olub.Özünün etirafına inansaq,gününün 2-3 saatı yoqa,üzgüçülük və velosiped sürməyə sərf olunur.Onun idman prqramında *Power Plate və Cardio Wave* trenajorları var.Bunlar Madonnaya çanaq əzələlərini işlətməyə kömək edirlər.
Xanımın qidalanmaq rejiminə gəldikdə isə ,necə deyərlər ,bu artıq başqa bir hekayədir.O,uzun illərdir ki,makrobiotik pəhrizə üstünlük verir.Bu pəhriz üsulu az kalorili vegeterian məhsullarından ibarətdir.
Madonnanın qidalanma rejimi ilə maraqlananlar aşağıdakı cədvələ diqqətlə nəzər yetirsinlər:
Səhər yeməyi:
Yulaf yarması tumlarla,kişmiş,yağsız süd,iki dilim çovdar çörəyi,yağ və banan
İkinci səhər yeməyi:
yerkökü və tərəvəz gövdəsi
Nahar zamanı:
iki seçimindən birini edin.
a)tərəvəz şorbası,taxıl bulkası ,alma.
b)qırmızı və ağ kələmin üzərinə bir xörək qaşığı şirin kukruz,konservləşdirilmiş lobya,əzilmiş qoz,qara kişmiş əlavə edib,moyenezlə qarışdırın.Bu salatı taxıldan hazırlanmış çörəklə yemək lazımdır.
Nahararası:
Bir fincan vegetarian supu.(imtina etməkdə olar)
Axşam yeməyi:
1 -ci gün -fileni süddə cəfəri ilə bişirib yemək.2-3 istənilən meyvəköklü bitki və bişmiş alma
2-ci gün- qızardılmış toyuq sinəsi,2-3 dənə meyvəkökü,bir dilim pendir və alma.
3-cü gün-2-3 xörək qaşığı konservləşdirilmiş tunes soyutması kartof və ya düyü ilə ,alma salatı,kişmiş və 6 dənə badam.
4-cü gün- qızardılmış toyuq dənələri,tərəvəz,qoz,bişmiş alma(toyuğu düyü ilə əvəz etmək olar)
5-ci gün-qızıl balıq filesi,3 ədəd hər hansı bir meyvə kökü bişmiş halda.
6-cı gün-qızardılmış bibər ,yerkökü,lobya,sidr fındığının üzərinə soye sousu əlavə edilib yeyilir.
7-ci gün-yuxarıda verilən istənilən bir qidalanma rejimini seçmək olar.8-ci gün isə hər şeyi yenidən təkrarlayın.