Heç bir iş görmədən arıq qalmaq mümkündürmü? Mümkündür!
Tədqiqatçılar belə bir nəticə çıxarıblar ki, yuxusuzluq iştahanı artırır, bu da piylənməyə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, kifayət qədər yatmaq orqanizmdə çəki artımının qarşısını alır.
Kaliforniyanın Stenford Universitetində aparılan müşahidələr, az yatan insanların çəkilərinin çox olduğunu göstərib. Nə üçün? Qısamüddətli yuxu iştahanı artıran qrelin və leptin hormonlarını oyadır və sən daha çox qida qəbul etməyə məcbur olursan.Yuxu zamanı orqanizm maddələr mübadiləsi və bir sıra hormonal dəyişikliklərdən keçir, kifayət qədər yuxu almadıqda isə bu proses pozulur.Hər bir insan normal yuxusunu yatarsa,kökəlmə ilə bağlı heç bir problemi olmaz.
Yuxunuz şirin olsun!