Qadin.NET / 10 addımda artıq çəkidən xilas olun

10 addımda artıq çəkidən xilas olun

 

10 addımda artıq çəkidən xilas olun

 

Artıq çəki estetik görünüşü pozmaqla qalmayıb sağlamlığımıza da təhlükə törədir. Ürək xəstəliyi, diabet, təzyiq və ortopedik problemlərə yol aça bilən şişmanlıq ilə mübarizə aparmanın yolu sağlam qidalanmaqdan keçir.

Çatmaq istədiyiniz çəkini müəyyənləşdirin.

Arıqlamaq istəyən bir çox adam tez-tez pəhriz edir və bir müddət sonra bir çox fərqli səbəblərə görə pəhriz proqramına sadiq qalmır. İnsanı günlük həyatında çətinə salmayacaq doğru planlanmış bir pəhriz proqramı sayəsində qidalanma adəti dəyişdirilərək uğurlu nəticələr əldə etmək olar. Pəhrizə başlayanlar “Görəsən, arıqlaya bilərəmmi? Arıqlasam, bu çəkimi qoruya bilərəmmi?" kimi motivasiyaya təsir edəcək suallarla özlərini yormamalı, düzgün hədəflərlə yola çıxmalıdılar. Sağlam bir şəkildə ideal çəkiyə sahib olmaq üçün mütləq mütəxəssis köməyi almalıdılar.

Mütəxəssis köməyi alın və şüurlu qidalanın.

Yayda istinin təsiri də düşünülərək ağır yeməklərdən xüsusi ilə qızartmalardan uzaq durmaq lazımdır. Bunun əvəzində qaynadılmış yeməklər yeyilməlidir. Xəmir şiriniyyatları əvəzində xəfif süd şirniyyatları, ya da dondurma istifadə edilməlidir. Meyvə kökəltməz düşüncəsilə həddən çox meyvə yeyilməməlidir. Çünki meyvələrdə fruktoza, yəni meyvə şəkəri var. Meyvə şirəsi, şəkərli içkilər yerinə az kalorili ayran içilməlidir. Həm də bol-bol su içmək lazımdır. Hər yemək vaxtı salat yeyilməlidir.

 

10 addımda artıq çəkidən xilas olun

 

 

Pəhriz zamanı halsızlıq və baş gicəllənməsinin qarşısını almaq üçün maye istifadənisi artırın.

Yay aylarında bədənin maye ehtiyacı çoxalır. Yay fəslində istilərin təsiri ilə vücudda suyla bərabər natrium, kalium kimi minerallar da atılır. Bunun nəticəsində halsızlıq hissi, yorğunluq, bulantı, baş dönməsi, nəbz zəifləməsi kimi sağlıq problemləri müşahidə edilə bilər. Xüsusilə tərləmə ilə artan maye itməsinin qarşısını almaq məqsədilə gündə 2,5-3 litr su içilməlidir. Çəki azaltmaq, çəkini qorumaq və artıq qida qəbulunu əngəlləmək üçün bol maye qəbul edilməsi vacibdir.

Çəkinizi hər gün yoxlamayın.

Çəki təqibi məqsədilə tez-tez çəkilmək düzgün deyil. Sağlam bir pəhrizlə çəkinin dəyişməsi ayda 4-6 kq-dır. Buna görə həftədə 1-1,5 kq itməsi normaldır. Bundan daha artığını gözləmək xəyal qırıqlığına səbəb ola bilər. Düzgün çəkilmə həftədə bir və səhərləri acqarına olmalıdır. Gün ərzində fərqli saatlarda bir neçə dəfə çəkilmək kefinizi pozar və motivasiyanızın azalmasına səbəb olacaqdır.

Özünüzü mükafatlandırın.

Pəhriz proqramına başladıqdan bir müddət sonra çəki azalmağa başlayarsa, atılan çəkilər üçün şəxslər özlərini mükafatlandıra bilərlər. Ancaq bu mükafatlandırma pəhrizi pozaraq olmamalıdır. Özlərinə mükafat olaraq bəyəndikləri hər hansısa bir geyimi ala bilər, saç modelini dəyişdirə bilər, ya da uzun müddətdir görmək istədikləri bir yerə gedə bilərlər. Bu şəkildə motivasiyasını artıra bilərlər.

Nikbin olun.

Pəhriz müddətində motivasıyanı yüksək səviyyədə tutmaq üçün verilmiş hər çəkidə sevinmək çox vacibdir. Atılmış çəkinin miqdarı nə olursa-olsun, pəhriz saxlayan şəxs uğurlarını təqdir etməlidir. Pəhrizə başlayan şəxslər ətraflarındakı digər insanların hər istədiklərini yediklərini, onların isə qadağada olduqlarını düşünərək özlərini tərk edilmiş kimi hiss etməməlidirlər.

Ac olub-olmadığınızı sorğulayın.

Çox insan bezəndə, özünü bədbəxt hiss etdəndə, əsəbiləşəndə, ya da xoşbəxt olanda özünü ac hiss edər. Belə vəziyyətlərdə aclıq hissi təkrar sorğulanmalıdır. Duyğu çoxluğuna bağlı olaraq aclıq hissi hallarında mütləq bir şeylər yemələri lazım olduğunu düşünən insanlar, kalorisi olmayan və mövsümə uyğun çiy tərəvəzlər yeməlidilər.

 

10 addımda artıq çəkidən xilas olun

 

 

Yemək vaxtları nə yediyinizi qeyd edin.

Pəhriz saxlayan insanların nə yediklərini qeydə almaları özlərini nəzarətdə saxlamaları üçün çox təsirli üsuldur. Qeydlər sayəsində yemək vaxtı sayını və yemək vaxtlarında doğru qida qruplarına yer verib-vermədiyinə nəzarət edərkən etdikləri səhvləri varsa, onları da görmək imkanı əldə etmiş olur.

Cips və sair kimi qidalar əvəzinə çərəz istifadə edin.

Evdə və iş yerinin çəkməcəsində olan şokolad, peçenye və s. kimi yüksək kalorili qidalar pəhriz proqramının pozulmasına səbəb ola bilər. Bunun əvəzində iş yeri çəkməcənizdə quru meyvə, ləbləbi kimi sağlıqlı və ara payları olmağa uyğun qidalar saxlamaq daha doğru olar.

Fiziki fəaliyyəti artırın.

Sağlam qidalanmaqla yanaşı fiziki fəaliyyət də arıqlamağınızı sürətləndirəcəkdir. Gündə ən az bir saat templə yerimək insanın sağlam arıqlamağına, həm də özünü çox yaxşı hiss etməyinə səbəb olacaqdır.

9 yanvar 2016
GO BACK