Qadin.NET / Qarın əridən qidalar

Qarın əridən qidalar

Qarın əridən qidalar

Çimərlik mövsümünün yaxınlaşması ilə çəki vermək təlaşı başladı. "Qarınımı əritmək üçün gecikmişəm"- deyirsinizsə, sizlərə gözəl bir xəbərimiz var. Səhv qidalanma və hərəkətsizlikdən qaynaqlanan qarında piylənmə problemi, qarın əridən qidalarla həll oluna bilər. Bu vasitələrlə qarnınızda gözlə görülə biləcək səviyyədə irəliləyiş baş verir. Qarın əridən qidalar və çəki azaldan ipucları bunlardır:

Karbohidratlar

Lazımlı karbohidratlar əsasən qarın əridən qidalarda ilk yerlərdə gəlir. Pəhriz edənlərin imtina etdiyi karbnhidratlarla əslində düz bir qarına sahib ola bilərsiniz. Bu sağlam karbohidratlarla piylərinizin əriməsi sürəti də çoxala bilər. Onun yanında buğda çörəyini qidalanma cədvəlinə salmağınız düzgün qidalanmağınızın ən səfəli yoludur. Ağ çörək yerinə tam tərkibli buğda unundan hazırlanan qara çörək həm dadlı, həm də faydalı gələcək sizə. 2 dilim qara çörəyin tərkibində 8 qr zülal, 6 qr lif var. Lobya və mərci də paxlalı bitkilər ailəsinə daxil olan əhəmiyyətli və sağlam karbonhidrat çeşidlərindən biridir. Bu qidalar da zülal və liflə zəngindir. Ona görə də arıqlamaq üçün paxlalı bitkilərdən gündə heç olmasa bir öynə yeməyiniz məsləhətdir.

 

Qarın əridən qidalar

 

 

Yeməklərin miqdarını yaxşı tənzimləyin

Pəhriz saxlayarkən yeməklərin qlukoza miqdarı da nəzərə alınmalıdır. Qarın əritmək istəyirsinizsə, qlukozası az olan qidalar yeməlisiniz. Tərkibində şəkər olan qidalar qan şəkərini sürətlə endirib yüksəldə bilir. Məsələn, əncir, banan, qarpız, yemiş və üzümün  tərkibində qlukoza çoxdur və taha tez aclıq yarada bilir. Bu meyvələrin yeyilməsi qadağan deyil, amma miqdarını yaxşı tənzimləməlisiniz. Buğda çörəyi, bolqur plovu, süd, yoqurt, quru alma, quru qaysı, şaftalı, armud, quru paxlalı bitkilər qlukozası nisbətən az olanlar qrupuna daxildir.

Zülal qrupundan olan yumurta, omba və qarın piylərini əritmək üçün faydalı qidadır. Sizi tox saxlayar, və piy yandırar, vücud yumurtanı həzm edərkən daha çox kalori yandırır. Amm ayüksək xalistrol ehtimalına qarşı gündə neçə yumurta yeyə biləcəyinizi təyin edin, bunun üçün həkimlə məsləhətləşin.

Kimyon da qarın əritmək üçün faydalıdır. Bir qaşıq kimyonu bir kasa yoqurtun içinə əlavə edib yeyin. Dərəotu və cəfəri vücüdumuzdan köp və toksinləri atmaqla yanaşı qarın nahiyəsindəki piyləri də yandırar. Əlavə olaraq qarın əritmək üçün hər gün 2 ltr su içməyiniz vacibdir, amma açılış su ilıq olsun. Çünki yağ əriməsinə kömək edir.

Qarın əritməyə yarayan qidalardan biri də əslində sevilən bir içki olan qəhvədir. Qəhvə maddələr mübadiləsini sürətləndirərək piy yandırmağa kömək edir. Ancaq qəhvənin südsüz və şəkərsiz olaraq için.

 

Qarın əridən qidalar

 

Yağ əridən çay reseptləri

Qarın əridən detoks çayı

Tərkibi: 1 yemək qaşığı gilas sapı, 1 yemək qaşığı quru alma, 1 yemək qaşığı mata çayı, 2 ədəd çubuq darçın, 1 ədəd qərənfil, 2 dilim limon.

Hazırlanması: 500 ml qaynamış suya bitki çaylarını və ədviyyatları əlavə edib, ağzı bağlı şüşə dəmlikdə 8-10 dəqiqə gözlədin. Içərkən süzün və limon dilimi əlavə edin. Gündə 2 fincan için.

Yaşıl çaylı limonad

Tərkibi: 1 yemək qaşığı yaşıl çay, 2 ədəd limon suyu, 1 ədəd limə suyu, 3-4 budaq təzə nanə, 1 çay qaşığı dadlandırıcı, 10-12 ədəd  buz.

Hazırlanması: 1 yemək qaşığı yaşıl çayı 1 su stəkanı qaynamış suda 7-8 dəqiqə dəmləyib süzün. 2 stəkan suya limon suyunu, lime suyunu və yaşıl çayı əlavə edin. Toz dadlandırıcı, buzu və təzə nanəni əlavə edib soyuducuda 30 dəqiqə soyudub için.

Köp azaldan çay

Tərkibi: 1 yemək qaşığı mata çayı, 1 yemək qaşığı jasmin çayı, 1 çay qaşığı şüyüd, 2 ədəd çubuq darçın, 2-3 dilim zəncəfil.

Hazırlanması: 500 ml qaynamış suya bitki çaylarını və ədviyyatları əlavə edib şüşə dəmlikdə 5-6 dəqiqə gözlədin. Içərkən zəncəfil dilimi əlavə edin.  Gündə 2 fincan için.

2 iyun 2015
GO BACK