Qadin.NET / İdmandan sonra bu qidalardan uzaq durun

İdmandan sonra bu qidalardan uzaq durun

İdmandan əvvəl yüngül yeməyimizi bilirik. Bəs idmandan sonra necə qidalanmalıyıq? Məşqdən maksmium səviyyədə nəticə almaq üçün əvvəlcədən qidalanmamıza diqqət etməmiz lazım olduğu kimi məşq sonrasında da itirdiyimiz enerjini sağlam bir formada yığmaq üçün və bütün işimizin boşa getməməsi üçün, idmandan sonrakı qidalanmaya da diqqət edilməlidir.

İdmandan sonra bu qidalardan uzaq durun

Çiy tərəvəzlər

Çiy tərəvəzlər hər nə qədər sağlam qidalar olsalar da, məşq vaxtında itirdiyiniz enerjini sizə qayqarmaqda yetmir. Bədən müqavimətinizin düşməməsi üçün yanında bir miqdar zülal da ala bilərsiniz.

İdmandan sonra bu qidalardan uzaq durun

Qazlı içkilər

Qazlı içkilər maddələr mübadiləsini yavaşladacaq səviyyədə şəkər saxlayır. Bunun yerinə mədən suyu seçə bilərsiniz.

İdmandan sonra bu qidalardan uzaq durun

Duzlu çərəz qidalar

Kartof cipsləri nə qədər cəlbedici görünsə də, içindəki yüksək miqdarda duz bədəndəki kalium səviyyəsinin azalmasına səbəb olur. Hüceyrələrin ehtiyacı olan mineralı bədən potasyumdan təmin edir.

İdmandan sonra bu qidalardan uzaq durun

Şirniyyat

Şirniyyat sizə heç bir fayda verməyəcəyi kimi bütün məşqinizi də zibilə atmanıza səbəb olacaq. Şirin ehtiyacınızı şokoladlı südlə basdırmaq yaxşı bir fikr ola bilər. Həm idmanda itirdiyiniz enerjini bədəniniz geri alar, həm də kalsium ehtiyacınızı qarşılayar.

Ancaq idmandan əvvəl portağal suyu, yulaf əzməsi, banan, qarışıq ləpə, qatıq qəbul etsəniz daha çox enerjili ala bilərsiniz.

Tərkibində C vitamini olan portağal suyu yağ yandıra bilməkdə köməkçi olacaq.

Yulaf əzməsi səhər idmanına ən uyğun seçimdir. Hətta içinə meyvə qarışdıraraq da daha dadlı formada yeyə bilərsiniz.

Karbohidrat baxımından zəngin olan banan içindəki şəkər və nişasta baxımından yeterli qədər enerji yığmağa görə ideal bir seçimdir.

Həzmi asan və zülal baxımından yüksək olan qida qatıq məcburedici məşqlər vaxtı güc və enerjini qorumağa kömək edir.

31 may 2015
GO BACK