Qadin.NET / Sevdiyin yeməklərlə pəhriz saxla

Sevdiyin yeməklərlə pəhriz saxla

Sevdiyin yeməklərlə pəhriz saxla

Xüsusilə zəifləməyə çalışdığınız zaman ən sevdiyiniz şeyləri yeyə bilməmək çox çətin gələ bilər. Ancaq kilo aldırdığı deyilən çox yemək əslində zəifləməyinizi təmin edə bilər. Yəni düşündüyünüz qədər qorxunc deyildirlər. Budur zəifləməyə çalışarkən diqqətli yeməyiniz məsləhət edilən yeməklər.

Diet üçün yaxşı bilinməyən ancaq zəiflədən yeməklər:

Yumurta

Sağlam qidalanmağa çalışdığınız zaman qəbul etdiyiniz yumurta miqdarına da diqqət yetirməyiniz məzləhət görülür. Son edilən araşdırmaya görə gündə bir yumurta etibarlı və yetişkinlər üçün bəsləyicidir. Əgər naharda bir yumurta yeyirsinizsə zəifləmə ehtimalınız yüksəlir. Nəticə olaraq hər səhər yediyiniz yumurta həzm sisteminizin sürətlənməsinə kömək edir. Günün geri qalan qisimində qəbul olunmaması məsləhət görülür.

Qəhvə

Qəhvə şəkər, krem, süd kimi qarışıqlarla qəbul edildiyi üçün zəifləməyi önləyici olaraq bilinir. Əgər sadə qəhvə içirsinizsə yağ və kalori olmadan maddələr mübadiləniz daha sürətli çalışar. Bir araşdırmada 2 fincan qəhvənin 4 saatda 50 kalori yandırdığı öyrənilmişdir.

Ləbləbi

Ləbləbi yağ səviyyəsini yüksəldə bilər ancaq bu yaxşı bir şeydir. Zülal və lif baxımından zəngin olan bu cür qidalar qan şəkəri səviyyənizi qorumanıza kömək edər. Ancaq nə qədər yediyiniz əhəmiyyətlidir. Ovuc içi qədər çərəzin sizə zərərdən çox faydası olar. Araşdırmalar kiçik miqdarlarda yeyilən çərəzlərin aclığa nəzarət etdiyi və zəifləməyə köməkçi olduğunu göstərir.

Pendir
Sevdiyin yeməklərlə pəhriz saxla

Diyet edənlər kalsium baxımından zəngin diyet məhsullarını dərhal azaldarlar. Araşdırmaçılara görə bu bir səhvdir. Bir nəzəriyyəyə görə kifayət qədər kalsium qəbul etmək daha çox yağ yandırır. Yəni pendir, süd, qatıq kimi qidalar zəyifləməyinizə köməkçi olar.

Makaron
Sevdiyin yeməklərlə pəhriz saxla

Diyet etdikdə makaron yemirsinizsə səhv edirsiniz. Edilən araşdırmalara görə tam taxıllı məhsulları qəbul edənlərin həzm sisteminin daha sürətli çalışdığı təyin olunmuşdur. Hətta bu cür qidaların bel ətrafının zəifləməsinə kömək olduğu da bildirilir.

Özünüzü bu yeməklərdən məhrum buraxaraq zəifləməyə çalışmağınız səhv olar. Unutmayın; Ən yaxşı üsul doğru zamanda, doğru miqdarda yeməkdir.
27 aprel 2011
GO BACK