Qadin.NET / Sürətli arıqladan sağlam qidalar

Sürətli arıqladan sağlam qidalar

Sürətli arıqladan sağlam qidalar
Qatıq
Qatıq ənənəvi qidalarımızdan olub pəhrizlərimizdə də böyük rol oynayır. Çünki qatıq yağın əriməsini sürətləndirməkdən də əlavə insanı tox saxlayır. Xüsusilə günorta yeməyi vaxtında yeyəcəyiniz bir kasa qatıq adamı həm tox saxlayır, həm də siz fərqində olmadan bədəndəki yağ liflərinizi parçalayaraq bədəninizin yağ nisbətini azaldır. Aparılan araşdırmalarda qatıq istehlakı çox olan insanlarda yüksək təzyiqin inkişaf riskinin aşağı olduğusübut edilmişdir.
Sürətli arıqladan sağlam qidalar
Kivi
Kivi C vitamini çoxluğuna görə müyvələrin ən önündədir. Kivinin faydalarını saya-saya bitirə bilmərik. Amma başlıca faydaları bunlardır.
- Kivinin antioksidan xüsusiyyəti vardır.
- Qan şəkəri idarəsi üçün faydalıdır.
- Kolon xərçənginə maneə törədici bir təsirə malikdir.
- Astmaya faydalıdır və astmaya qarşı qoruma təmin edər.
- Xolesterol səviyyəsini aşağı salar.
- Qan təzyiqini normallaşdırar, yüksək təzyiqi açağı salar.
- Sinə xərçənginin qarşısını almaqda faydalıdır.
- İmmunitet sistemini gücləndirir.
- Qanı təmizləyir.
- Qrip və soyuqdəymədə müalicəvi vasitə kimi istifadə etmək olar.
Bir ədəd kivi 46 kaloridir və ana paylarda ortalama 3 kivi yeyərək iştahınızı əhəmiyyətli ölçüdə qaçıra bilərsiz. İştah kəsilməsi isə arıqlamağın qızıl şərtidir.
Yulaf
Yulaf tərkibində ən çox lif ehtiva edən taxıllardandır. Dəmir, sink, E vitamini, selenium, manqan və digər B qrupu vitaminləri ilə də zəngindir. İçindəki yüksək nisbətdə həlledici lif və antioksidan xüsusiyyəti ilə yulaf xərçəngdən qorunmaq üçün istifadə edilməkdədir. Yulaf su ilə birlikdə istehlak edildiyi zaman tərkibində olan liflər su ilə birləşib gel halına gəlir və mədədə daha uzun müddət qalır. Beləcə, uzun və davamlı toxluq hissi verər. Şəkər ehtiyacının azalmasına kömək edir. Xüsusilə səhər yeməyində və digər paylarda yulaf əzməsi, yulaf əlavəli çörək istifadə etsəniz, edilən istehlak gün boyu qana yavaş-yavaş qarışacaq. Həzm sisteminin nizamlı işini təmin edər.
12 may 2015
GO BACK