Qadin.NET / İçin və arıqlayın

İçin və arıqlayın

İçin və arıqlayın

Qarını əritmək üçün sadəcə pəhriz saxlamaq, yediklərimizə diqqət yetirmək kifayət deyil. Pəhrizdən əlavə həm idman etməli, həm də içdiklərimizə diqqət etməliyik.

Sizlərə xüsusilə qarın əritmək üçün bir neçə içki reçepti verəcəyəm. Gəlin birgə bu içkilərlə tanış olaq.
Ətirli su
Bol miqdarda su içmək zəifləmənin, xüsusilə də qarın piylərini əritməyin təməlidir. Zəhərli və toksin maddələrin bədəndən atılmasına kömək edər, toxluq hissi verər. Arıqlamağa və incə olmağa cəhd göstərirsinizsə, mütləq su içməlisiniz. Əgər çox su içə bilmirsizsə və çox su içəndə ürəyiniz bulanırsa, suyunuza limon damlada bilərsiniz və ya  darçın əlavə edin, ya da istifadə etdiyiniz meyvə qabıqlarını suyunuza ataraq ətirli xoş bir su dadı əldə edə bilərsiniz.
İçin və arıqlayın
Buzlu qarpız pürəsi
Şəkərsiz hazırlandığı təqdirdə meyvə püreləri və suları çəki alma mövzusunda zərərsizdir. Xüsusilə qarpız həm bədənimizi sərinlədir, həm də bədənimizi maye ilə təmin edir. Ehtiva etdiyi vitaminlə də sağlamlığa faydalıdır. Buz və qarpız dilimlərinin qarışığı isə yaz aylarının imtina edilməz bir sərinlik qaynağıdır.
İçin və arıqlayın
Buzlu nanəli çay
Buz mədəyə yaxşı təsir edən və maddələr mübadiləsini sürətləndirən əsas qidalardandır. Mədədə olan yağların sürətli bir şəkildə həzm olmasına kömək edər və qabarıqlığı də yox edər. Nanə çayına buz qataraq içmək isə fərahlıq verir və qarının əriməsinə kömək edir.
İçin və arıqlayın
Ananaslı içki
Hazırlanması olduqca asan bir içkidir. Lazım olan ərzaqlar kətan toxumu və ananasdır. Ananas və kətan toxumunu blender köməyi ilə qarışdıraraq bu içkini hazırlaya bilərsiniz. Ananas içkisi, qabarıqlığa yaxşı təsir göstərir və həzm üçün olduqca faydalıdır. Ananas xüsusilə bədəndəki zülalın yayılmasını asanlaşdırır, sürətləndirir və bu sayədə də həzmsizliyə yaxşı təsir göstərir. Kətan toxumu da yenə eyni şəkildə həzmi asanlaşdırır. Bu iki qidanın içkidə birləşməsi isə qarındakı yağ kütlələrinin parçalanmasını asanlaşdırır.
İçin və arıqlayın
Yaşıl çay
Yaşıl çay xüsusilə də idmandan əvvəl içildikdə yağın yanmasını sürətləndirir. Yeməklərdən təxminən yarım saat sonra isə içilsə, yaşıl çay xüsusilə həzm prossesini asanlaşdırır və yeyilənlərin yağa çevrilməsinə mane olur. Həm də yeməklərin sidik yolu ilə atılmasını da sürətləndirir.
5 mart 2015
GO BACK