Quru paxlalılar
Qara paxla, mərcimək, noxud ilə tox qalmaq əlinizdədir: tərkibində zülal və lif yüksək olduğu üçün gec həzm olunur və uzun müddət sizi tox tutur.
Avokado ilə artıq çəkiyə yer yoxdur!
Bu tropik meyvə tərkibindəki faydalı yağ, zülal və yüksək lif nisbəti sayəsində həm ləzzətli, həm də doyurucudur. Kökəlməyə mane olan qidalar arasında göstərilir.
Yulaf ilə yağlardan xilas olun.
Bol miqdarda lif və sağlam karbohidrat (şəkər) ehtiva etdiyi üçün nahar zamanı istehlak etmək yağ yandırılmasını asanlaşdırır, uzun müddət tox saxlayır.
Qatıq ilə gələn toxluq
Aparılan bir çox araşdırma qatıq istehlakının arıqlamağa köməkçi olduğunu, zülal tərkibi sayəsində tox saxladığını göstərir. Üstəlik ev istehsalı, yəni təbii tərkibi yüksək olan qatığın həzmi asanlaşdırıcı, immunitet sistemini gücləndirici xüsusiyyəti var.
Qreypfrut ilə artıq çəkinizdən qurtulun.
Hər yeməkdən əvvəl yeyilən yarım greyfrutun arıqlatdığını göstərən araşdırmalar var. Yağ yandırıcı olmasa da toxluq, hissi verməsi ilə ön plana çıxır.
İnsulin müqavimətini çərəzlərlə qarşılayın.
Qovrulmamış xam halıyla istehlak edildiklərində doyurucu xüsusiyyətləri, ehtiva etdikləri faydalı yağ turşuları və yüksək antioksidan xüsusiyyətləri ilə insulin müqavimətinin qırılmasına və yağ yandırılmasına köməkçi olurlar.
Xərçəngə qarşı qoruyucu brokoli
Brokoli aşağı kalorisi ilə xərçəngə qarşı qoruyucu xüsusiyyətlidir və bol lif ehtiva etməsi səbəbiylə pəhrizi asanlaşdırır.
Alma, armudla iştahınıza dayan deyə bilərsiniz.
Xüsusilə qabığındakı lif miqdarının çox olması sayəsində bir az da tam yetişməmiş halda istehlak edilməsi sizi yemək yemə ehtiyacından xilas edəcək. Uzun müddət çeynərək yenilən qidalar daha çox arıqladır.