Suyu lazım olan zaman qəbul edin.
Suyun bədənin istədiyi zaman qəbul edilməsi lazım olduğunu vurğulayan Bezmialem Vəqf Universiteti Tibb Fakültəsi Gastroenteroloji Elm sahəsi müəllim prof.dr.Hakan Şentürk su yerinə keçən məhsullar əvəzinə (məs: meyvə suları, qazlı içkilər) birbaşa su qəbul edilməsi lazım olduğunu deyib.
"Suyu nə zaman içməliyik? Hərarətimiz olduğu zaman içməliyik. Əslində bədənimiz bunu çox yaxşı təşkil edir, hərarətimiz varsa, su içmək məcburiyyətindəyik. Amma su içməmək kimi vərdişinizin olması da yaxşı deyil. Su yerinə keçəcək meyvə suyu, kola kimi tərkibindən qaz olan içkilər, karton qutular içindəki meyvə suları çox zərərli içkilərdir. İki istiqamətdən zərərlidir. Birincisi, kalori qaynağıdır, içində kimyəvi maddələr var. İkincisi, təbii su içmə vərdişimizi azaldır.
Bunun üçün əgər bunları qəbul etməsək, normal su içmək məcburiyyətində qalacağıq ki, bu daha yaxşıdır. Yəni bu vərdişi əldə etməyə çalışın. Bir restorana getdiyiniz zaman yeməyin yanında içki olaraq nə istəyirsiniz dedikləri zaman su içəcəyəm deyə düşünmək lazımdır. Belə olduğu zaman onsuz da təbii olaraq 1-1,5 litr su içəcəksiniz. Bu da bədənin ritmini təmin edəcək".
Tamamilə uydurmadır.
Arıqlamaq üçün gündə 3 ya da 5 litr su qəbul edilməsi kimi ifadələrin tamamilə uydurma olduğunu söyləyən prof.dr.Hakan Şentürk "Xüsusilə arıqlamaq üçün gündə 3 litr su için, 5 litr su için,-bunlar tamamilə uydurma şeylərdir. Bunlarla heç bir yerə getmək mümkün deyil. İstər yemək zamanı, istərsə də yemək sonrasında ehtiyac miqdarından artıq su içməyin heç bir müsbət ya da mənfi təsiri yoxdur" deyə əlavə edib.
Kartof tək günahkar deyil.
Kartof qızartmasının hər dəfə çox günahlandırıldığını dilə gətirən prof.dr.Hakan Şentürk kartofun günahlandırıldığı qədər zərərli olduğunu, amma təkbaşına böyük bir günahkar olmadığını və onunla birlikdə qəbul edilən məhsulların daha zərərli olduğunu ifadə etdi. Prof.dr. Şentürk bunları qeyd etdi:"Bəli, günahlandırıldığı qədər təsiri var. Souslar da eyni təsirə malikdir. Amma belə çox maraqlı bir araşdırmadan bəhs edim. Danimarkada bir araşdırma aparılmışdır və tək səbəbkarın kartof qızartması olmadığı müəyyən edilmişdir, niyə? Çünki araşdırma aparan adam kartof qızartması yeyən insanların super-market qəbzlərini toplamışdı və onların super-marketdən nələr aldıqlarına baxmışdı. Kartof qızartması yeyənlərin çoxu super-marketdən spirtli içkilər, rəngli içkilər, souslar və desertlər alır, yəni baxsaq, görərik ki, kartof qızartması təkbaşına köklük yaratmır.
Onu yeyənlər kartofla birlikdə daha zərərli şeylər istehlak etdikləri üçün onun mənfi təsirlərinə məruz qalırlar. Sırf kartof qızartmasına qalsa, qarnir kimi 15-20 kartof yemənizdən heç bir şey olmaz. Araşdırmada göstərildiyi kimi kartof qızartmasını çox yeyənlər spirtli içkiləri də çox içir, souslardan da çox istifadə edir, meyvə sularını da çox içir, şirniyyatı da çox yeyir. Qısacası, zərər bunlardan irəli gəlir."
Dadlandırıcıların zərərləri
Dadlandırıcıların zərərlərinə toxunan prof.dr.Hakan Şentürk insanların dadlandırıcı qəbul etdiyi zaman beynini aldatdığını söylədi,"Biz dadlandırıcı qəbul etdiyimiz zaman əslində bir ölçüdə beynimizi yanıltmış oluruq. Onu sanki şəkər yeyirmiş kimi yanıldırıq. Beyin də bunun qisasını o adamdan amansız şəkildə almağa çalışır və əsl şəkər qəbul etməyə məcbur edir. Yəqin fikir veribsiniz, pəhriz üçün olan kolanın yanında çoxları paxlava istəyir. Dadlandırıcı qəbul etdikdən sonra əgər şəkər yemirsinizsə, zərəri yoxdur. Amma dadlandırıcının ləzzətləri də təbii ləzzətlər deyil".
Pəhriz üçün olan kola faydalıdırmı?
Pəhriz kolanın da faydalı olduğuna inanmadığını bildirən prof.dr.Şentürk, "Az istehlak etdiyimiz zaman zərərli olmaya bilər. Amma hər şeyə dadlandırıcı qatırsınızsa, bunun zərərli olmayacağını söyləyə bilmərəm" deyib.