Kino aktyorları üçün həmişə formada və gözəl olmaq onların peşəsinin bir hissəsidir. Özünə baxmaq və daim mükəmməl görünmək onlar üçün sadəcə bir iş deyil. Bu, onların həyatının obrazıdır. Amma kinoda aparacaqları baş rola görə bəzən aktyorlara onları əldən salan pəhrizləri və idman salonunu unutmaq lazım olur. Budur, artıq film çəkildi, rol müvəffəqiyyətlə oynanıldı, ancaq artıq çəkilər itirilmədir. Bəs görəsən, onlar bu vəziyyətdə özlərini keçmiş vəziyyətlərinə necə qaytarırlar?
Top 5-imizin 5-ci yerini Hollivudunun ən gözəl aktrisalarından biri olan Şarliz Terona veririk. "Bədheybət" filmində rol aldığı üçün (o filmdə Şarliz qadın qatili canlandırırdı) başqa şəklə düşməli idi və Şarliz 15 kq artıq çəki aldı. Lakin o, layiq olduğu Oskar mükafatını almağa başqa bir gözəllikdə gəldi, yenidən formada olan qamətli bədəni ilə (O, Dior reklamında öz gözəlliyi ilə hamını məftun edib). Onun arıqlamasının sirri nədir? Şarliz az kalorili pəhrizi seçib. Onun gündəlik rasionu 1000-dən az kalori idi. Kəskin kalori çatışmazlığının səbəbilə orqanizm piyləri intensiv yandırmağa başlayır. Pəhriz zamanı tək diqqət edilməsi lazım olan isə şirin və yağlı yeməklərdən təmamilə vaz keçməkdir.
Top 5-imizin 4-cü yerini isə həmişə formada olan Svetlana Xodçenkovaya veririk. Onu çox vaxt incə bir qamışa bənzədirlər. "Qadına xeyir-dua verin" filmində tamaşaçı qarşısına kifayət qədər iştahlı və kökəlmiş halda çıxdı. Heç kim deyə bilməz ki, belə olmaq ona yaraşmırdı, Svetlana heyranedici görünürdü, lakin filmdən sonra o, yenidən öz adət edilmiş "qamış" formasına geri döndü. Svetalana öz arıqlamasının sirlərini bizlərlə bölüşmədi, lakin hər şeyin maddələr mübadiləsi və hormonlardan asılı olduğunu dedi. Biz ona inanırıq, ancaq hər halda arıqlamağı haqqında bir fakt var.
Top 5-imizin 3-cü yerini Rene Zelveqer tutur. Renenin "Bridjit Consun gündəliyi" filmində aparacağı toppuş qız rolu üçün ona artıq çəki yığmaq lazım oldu, amma filmdən sonra qamətli və zərif aktrisanın necə də heyranedici olduğunu görüldü. Rene Zelveqer arıqlamaq üçün "Atkins" pəhrizini seçdi. Atkins pəhrizinin prinsipi sadədir: çox zülal, az karbohidrat. Orqanizm kənardan karbohidratlar ala bilmir və öz enerji mənbələri istifadə etməyə başlayır (yəni yağları).
Kristian Beyl top 5-imizin 2-ci yerini çox layiqincə tutur. Hərçənd o, bizim beşliyimizin qalan iştirakçıları kimi rol aldığı filmdən sonra arıqlamadı, rol alacağı film üçün arıqladı. O, bunu peşəkarlıqla edirdi. Onun üçün 10 kq da arıqlamaq asandır, 20 kq da. Bəli, asandır. O, "Döyüşçü" filmi üçün arıqlayırdı, o film ki, ona "Oskar" mükafatı qazandırdı. Daha sonra o, "Maşinist" filmi üçün arıqladı. Filmdə praktik olaraq zombi kimi görünürdü. Lakin o, öz rolunun öhdəsindən mükəmməl şəkildə gəldi. Kristian Beylin arıqlama metodu çox sadə, ancaq təsirlidir. Düzdür, Kristian Beyl onu çətinləşdirirdi. "Maşinist" filmində rol almaq üçün o, bir ay ərzində hər gün yalnız bir banka tunes və bir alma yeyirdi, vəssalam! Başqa bir üstünlük isə hər gün qaçırdı. Bununla o, fantastik deyiləcək qədər arıqladı! Lakin! O, bunu həkim müşahidəsi altında edirdi, sərbəst şəkildə belə bir təcrübəni təkrarlamaq tamamilə tövsiyə edilmir.
Top 5-imizin 1-ci yerini isə Djared Letoya veririk. Onun çox gözəl və formada olan bədəninə baxanda bir zamanlar kök olduğuna inanmaq çox çətindir. "27 başçı" filmində baş rol oynamaq üçün (o, Conna Lenonanın qatili rolunu oynayırdı) ona 30 kq artıq çəki qazanmaq lazım oldu! Bu film ona Oskar mükafatı gətirməsə də, bel nahiyəsinə bolluca yağ gətirdi. O, çiy yeməklə artıq çəkilərindən xilas oldu. Təzə meyvələr, tərəvəzlər və çərəzlər. Bir il belə qidalanma və idman nəticəsində Djared əvvəlki formasına qayıtdı. Belə kökdən dəyişilmə tərifə layiqdir, buna görə əhsən, Djared!